“ProQuest Central” haqqında məlumat.
ProQuest Central — universitetlər, tədqiqatçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuş çoxsahəli (multidissiplinar) elektron elmi-informasiya bazasıdır. ProQuest şirkətinin təqdim etdiyi bu platformada müxtəlif elm sahələri üzrə elmi jurnallar, qəzetlər, dissertasiyalar, konfrans materialları, hesabatlar və digər akademik mənbələr bir arada təqdim olunur.
Bu baza xüsusilə humanitar elmlər, sosial elmlər, iqtisadiyyat, menecment, mühəndislik, tibb, informasiya texnologiyaları və digər sahələr üzrə aparılan tədqiqatlar üçün geniş imkan yaradır. “ProQuest Central” istifadəçilərə etibarlı, akademik dəyərə malik mənbələrə sürətli çıxış təmin edir və elmi araşdırmaların keyfiyyətini artırmaq üçün mühüm vasitədir.
Platforma istifadəçilərə dünya üzrə nüfuzlu elmi nəşriyyatların tam mətnli məqalələrinə və tədqiqatlarına çıxış təmin edir.
ProQuest Central aşağıdakı əsas elm sahələrini əhatə edir:
- Biznes və iqtisadiyyat
- Turizm və menecment
- Sosial elmlər
- Təhsil
- Humanitar elmlər
- İncəsənət
- Səhiyyə və tibb
- Elm və texnologiya
- Din və fəlsəfə
- Tarix
- Dil və ədəbiyyat və s.
Platforma: https://www.proquest.com/
Azərbaycanca