SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

Azərbaycan Turizm və Menecment Universitetinin İnformasiya texnologiyaları şöbəsi 2006-cı ildən fəaliyyətə başlamışdır. 

Azərbaycan Turizm və Menecment Universitetinin İnformasiya texnologiyaları şöbəsi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi, ATMU-nun Nizamnaməsi, rektorun əmr və sərəncamları, daxili təlimatları və İnformasiya texnologiyaları şöbəsinin Əsasnaməsi əsasında tənzimləyir.

İnformasiya texnologiyaları şöbəsinin fəaliyyətində əsas məqsəd Azərbaycan Turizm və Menecment Universitetinin informasiya texnologiyalarının tətbiqi proqramının, cari və illik planların həyata keçirilməsi və informasiya resurslarının-veb sayt, ümumi təyinatlı serverlər, rezervlər və s. inzibati sazlanması, təşkili və onlara çıxış üçün nəzarət və təhlükəsizliyinin təmin edilməsidir.

Şöbə tərəfindən ATMU-nun bütün strukturlarında mövcud olan texniki avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi və bu məqsədlə lazımi profilaktik tədbirlərin həyata keçirilməsi, quraşdırma, sazlama və texniki dəstək xidmətinin göstərilməsi, ATMU-da istismar olunan kompüter texnikasından müvafiq qaydalara uyğun istifadə edilməsinə nəzarətin həyata keçirilməsi, sistem proqram təminatının optimallaşdırılması, qurğuların və tətbiqi proqram vasitələrinin sazlanması, kompüterlərin virusdan qorunma tədbirləri, zədələnmiş proqram təminatı və məlumat bazalarının bərpası, ATMU lokal kompüter şəbəkələrinin fəaliyyətinin təmin edilməsi, onlara nəzarətin həyata keçirilməsi, ATMU strukturuna daxil olan və tabeliyində olan qurumları arasında elektron əlaqənin və elektron məlumat mübadiləsinin yaradılmasında iştirak edilməsi, ATMU strukturları arasında təhlükəsiz və etibarlı şəbəkə əlaqəsinin, məlumat mübadiləsinin təşkil edilməsi, mövcud sistemlərin qüsursuz və etibarlı işləməsinin təmin edilməsi, şöbədə həyata keçirilən işlər barədə hesabatların hazırlanması həyata keçirilir.

ƏLAQƏ

Ünvan: Koroğlu Rəhimov küç., 822/23,Bakı, Azərbaycan (Əsas tədris binası)

E-mail: it.office@atmu.edu.az

Tel.: +994 12 564 42 33 (133)