SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

                                                                                                 ƏSASNAMƏ

                                                                                          I. Ümumi müddəalar

1.1.İnformasiya Texnologiyaları şöbəsi (bundan sonra - Şöbə)  Azərbaycan Turizm və Menecment Universitetinin (bundan sonra – ATMU) rektorunun əmri ilə təsdiq edilmiş əsasnaməyə əsasən fəaliyyət göstərən alt strukturdur.

1.2.Şöbə Azərbaycan Turizm və Menecment Universitetinin tədris, elmi, təsərrüfat və inzibati fəaliyyətində informasiya sistemlərinin istifadəsi və tətbiqi prosesini həyata keçirir.

1.3.Şöbə öz fəaliyyətini təmin etmək üçün digər alt strukturlar, kənar vendor və podratçılarla öz fəaliyyətini koordinasiya edir.

1.4.Şöbə öz fəaliyyətində Azərbaycan Turizm və Menecment Universitetinin hüquqi rekvizitlərindən istifadə edir.

1.5.Şöbə təsdiq olunmuş ştata malikdir, zərurət yarandıqda isə müqaviləli işçilər və könüllülər ilə birgə fəaliyyətini təşkil edir.

1.6.Şöbə Azərbaycan Turizm və Menecment Universitetinin büdcəsindən maliyyələşir.

1.7.Şöbənin fəaliyyəti aşağıdakılara əsaslanır:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə;
  • ali təhsil müəssisəsinin təsis edilməsi haqqında müəyyən olunmuş müddəalara;
  • Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsi, daxili fəaliyyət qaydalarına;
  • Elmi şuranın qərarlarına;
  • rektorun əmr və sərəncamlarına;
  • cari əsasnaməyə;
  • daxili təlimatlara.

                                                       II. Şöbənin məqsəd və vəzifələri

Şöbənin məqsədi Azərbaycan Turizm və Menecment Universitetinin proqram-aparat kompleksinin və ümumilikdə informasiya sistemlərinin fasiləsiz fəaliyyətini və inkişafının təmin etmək məqsədilə təşkilati, idarəçilik, koordinasiya və nəzarət işlərinin aparılmasıdır.

Şöbənin əsas vəzifələri aşağıdakılar müəyyən edilmişdir:

2.1.Azərbaycan Turizm və Menecment Universitetinin informasiya texnologiyalarının tətbiqi proqramının, cari və illik planların həyata keçirilməsi.

2.2.Qabaqcıl informasiya texnologiyalarının alışı, tətbiqi, istifadəsi və inkişafı layihələrinin təşkili.

2.3.İnformasiya resurslarının- veb sayt, ümumi təyinatlı serverlər, rezervlər və s. inzibati sazlanması, təşkili və onlara çıxış üçün nəzarət və təhlükəsizliyinin təmin edilməsi.

2.4.Azərbaycan Turizm və Menecment Universitetinin çox səviyyəli kommunikasiya şəbəkəsinin, aktiv və passiv qurğularının səmərəli və keyfiyyətli işlənməsinin təmin edilməsi və monitorinqi.

2.5.Azərbaycan Turizm və Menecment Universitetinin digər alt strukturları üçün multimediya vasitələri və ofis texnikasının alışı və təchizatının təşkili.

2.6.İnformasiya sistemlərinin infrastrukturunun inkişafı konsepsiyasını həyata keçirilməsi.

2.7.Aparat-proqram komplekslərinin fasiləsiz işini təmin etmək.

2.8.Tələb olunan səviyyədə inormasiya təhlükəsizliyini təmin etmək.

2.9.Aparat və proqram təminatı vasitələri üçün standartların işlənib hazırlanması.

2.10.Aparat və proqram təminatı vasitələri üçün informasiya və texniki dəstəyin göstərilməsi.

2.11.İnformasiya-texniki resurslardan istifadənin səmərəliliyini artırmaq üçün optimallaşdırılması.

2.12.Kompüter və ofis texnikasının istifadəsinə dair normativ sənədlərin hazırlanması.

2.13.Kompüter və ofis texnikasının istifadəsinə dair normativ sənədlərin icra olunmasına nəzarət prosesinin təmin edilməsi.

2.14.Göstərilən İT xidmətlərin optimallaşdırılması və modernləşdirilməsi, yeni xidmətlərin hazırlanması və tətbiqi.

2.15.İT infrastrukturanın vaxtında və keyfiyyətli xidmət göstərməsi üçün idarəçilik proseslərinin təmin edilməsi.

                                                                                    III. Şöbənin funksiyaları

3.1. Alış üçün spesifikasiyaların hazırlanması:

  • aktiv şəbəkə qurğularının;
  • serverlərin;
  • rezerv kopyalama və bərpa üçün vasitələrin;
  • informasiya müdafiəsi üçün vasitələrin;
  • şəbəkə infrastrukturunun idarə edilməsi və nəzarəti üçün vasitələrin;
  • periferik qurğuların;
  • kompüter və tərkib hissələrin;
  • proqram təminatının;
  • çap qurğuları və ofis texnikası üçün məsrəf materiallarının.

3.2. Quraşdırma, sazlama və texniki dəstək xidmətinin göstərilməsi:

  • serverlərə;
  • aktiv şəbəkə qurğularına;
  • şəbəkə infrastrukturunun idarə olunması və nəzarəti nəzərdə tutulmuş aparat və proqram vasitələrinə;
  • rezerv kopyalama və bərpa üçün vasitələrinə;
  • işçi stansiyalara;
  • periferik qurğulara;
  • proqram təminatına;
  • ofis texnikasına.

3.3. Digər funksiyalar:

  • avtomatlaşdırılmış işçi yerlərinin yaradılması;
  • kompüter və ofis texnikasının diaqnostikası və nasazlığın aradan qaldırılması;
  • proqram təminatının diaqnostikası və nasazlığın aradan qaldırılması;
  • istehsalçılar və podratçılar ilə kompüter və ofis texnikasının zəmanət və təmiri ilə bağlı koordinasiya işlərinin aparılması;
  • proqram və aparat təminatının istifadəsi üzrə təlimatın, reqlamentin və standartların hazırlanması;
  • informasiya resursları ilə görülən işlərin aparılması forma və metodlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi;
  • informasiya resurslarının təhlükəsizliyini təmin edən sənədlərin icrasının hazırlanması, tətbiqi və təşkili üzərində nəzarət;
  • avtomatlaşdırılmış alt sistemlərin fasiləsiz işini təmin etmək və iş qabiliyyətini bərpa etmək üçün planın hazırlanması;
  • kompüter və informasiya emalı texnikasının istifadəçilərinin əlavə ehtiyaclarının analizi;
  • proqram və aparat təminatının işi ilə əlaqədar olan sorğuların vaxtında baxılması və icrası;
  • statistik hesabatların hazırlanması.

                                                                                     IV. Hüquq və məsuliyyət

 4.1.Şöbə müdiri:

  • şöbənin işini planlaşdırır və təşkil edir;
  • cari və perspektiv iş planlarının tərtibatında iştirak edir;
  • digər alt strukturlar ilə şöbənin qarşılıqlı əlaqəsini koordinasiya edir;
  • şöbənin maddi-texniki bazasının mükəmməlləşdirilməsi üzrə işləri planlaşdırır və təşkil edir;
  • istehsal və icra intizamına nəzarət edir;
  • şöbə işçilərinin seçimi, yerləşdirilməsi və ixtisas artımını təşkil edir;
  • hesabat sənədlərinin hazırlanmasını təşkil edir.

​4.2.Şöbə müdiri səlahiyyətlidir:

  • şöbənin fəaliyyəti ilə bağlı, rəhbərlikdə veriləcək qərarların formalaşmasında iştirak etmək;
  • vəzifə öhdəliklərinin müzakirəsi məsələlərində iştirak etmək;
  • şöbənin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərin rəhbərliyin müzakirəsinə çıxarmaq;
  • şöbənin işçilərini rəğbətləndirmək və ya tənbeh etmək;
  • digər struktur bölmələrin rəhbərlərindən şöbənin fəaliyyəti üçün lazım olan informasiyanı almaq;
  • kəmərəliliyin artırılması üçün modofikasiya təkliflərini hazırlamaq və aparat-proqram təminatına modifikasiyaları tətbiq etmək;
  • kompüter, periferik qurğular, şəbəkə qurğuları, aktiv və passiv ofis texnikası və informasiya resursları ilə işləmə qaydalarının, struktur bölmələr və vəzifəli şəxslər tərəfindən pozulduğuna görə inzibati tədbirlərin görülməsi haqqında təkliflər vermək;
  • mümkün vasitələrlə informasiya resurslarının məqsədə uyğun olmayan və ya qanunsuz, daxili və xarici istifadəsinin qarşısını almaq;
  • şöbənin gördüyü işlərin səmərəliliyini və keyfiyyətini artırmaq məqsədilə şöbə işçilərinin məqsədəuyğun zaman və məkanda fəaliyyət göstərməsi üçün rəy vermək.

4.3.Şöbə müdiri və ona tabe olan işçilər öz fəaliyyətləri üzrə tam məsuliyyət daşıyırlar:

  • həvalə olunmuş işlərin icrasına görə;
  • vəzifə öhdəliklərinin yalnış icrası və ya icra olunmamasına görə;
  • öz vəaliyyəti zamanı yol verdikləri qanun pozuculuğuna görə;
  • vurulmuş maddi ziyana görə.

4.4.Şöbə müdiri bilməlidir:

  • qüvvədə olan qanunvericiliyi, informasiya texnologiyaları haqqında mövcud rəhbər və normativ sənədləri;
  • digər alt strukturlara informasiya dəstəyinin strukturu, funksiyaları, sənəd dövriyyəsi və məqsədini;
  • informasiya texnologiyalarının alışı və tətbiqi ilə baölı işlərin planlaşdırılması və maliyyələşdirilməsini;
  • kargüzarlığın aparılmasını;
  • əmək haqqında qanunvericiliyi;
  • əməyin mühafizəsinin normativ qaydalarını;
  • işçilərin vəzifə öhdəliklərini.

                                                              V. Şöbənin fəaliyyətinin təşkili:

5.1.Şöbənin fəaliyyətinə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tərəfindən təyin edilən və azad olunan müdir rəhbərlik edir.

5.2.Şöbənin işçiləri şöbə müdirinin verdiyi rəy əsasında rektor tərəfindən təyin və azad edilir.

5.3.Şöbənin iş fəaliyyəti Rektoryanı şurada qəbul olunmuş və rektor tərəfindən təsdiqlənmiş qəraralar, o cümlədən rektorun əmr və sərəncamları əsasındatəşkil olunur.

                                                                VI.Digər strukturlar ilə qarşılıqlı əlaqə

6.1.İnformasiya-texniki təminat məsələləri üzrə - digər struktur bölmələr ilə

6.2.İnfrastruktur məsələləri üzrə - Xidmət şöbəsi ilə

                                                                                              VII. Yekun müddəalar

7.1.Bu əsasnaməyə əlavələr, dəyişikliklər və düzəlişlər Rektoryanı şura tərəfindən edilir və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tərəfindən təsdiq olunur.

7.2.Əsasnamə imzalandığı gündən qüvvəyə minir və şöbənin işçiləri tərəfindən icrası mütləqdir.