Orhun Mübadilə Proqramı Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinə (www.turkunib.org) üzv olan ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini təşviq edən beynəlxalq akademik proqramdır.
Proqramın əsas məqsədi ortaq türk tarixi və mədəni irsinin öyrənilməsini dəstəkləmək, təhsilin keyfiyyətini yüksəltmək və üzv universitetlər arasında akademik əməkdaşlığı gücləndirməkdir.
Tələbə mübadiləsi
-
ortaq türk mədəniyyəti və tarixini daha dərindən öyrənmək,
-
peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək,
-
beynəlxalq akademik mühitdə təhsil təcrübəsi qazanmaq imkanı yaradır.
Müəllim mübadiləsi
Proqram müəllim heyətinə digər türk dünyası universitetlərində iki həftəyədək dərs demək və ya akademik fəaliyyətlərdə iştirak etmək imkanı təqdim edir.
-
müəllimlər arasında bilik və təcrübə paylaşımını təşviq edir,
-
elmi və pedaqoji əməkdaşlığı gücləndirir,
-
tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Əlavə məlumat
Orhun Mübadilə Proqramı haqqında ətraflı məlumat üçün rəsmi internet səhifəsinə müraciət edə bilərsiniz:
Orhun Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr müraciət etməzdən əvvəl seçmək istədikləri universitetin rəsmi internet səhifəsinə daxil olaraq təhsil aldıqları ixtisasın həmin ali təhsil müəssisəsində mövcud olub-olmadığını yoxlamalıdırlar.
Bütün müraciətlər qəbul edildikdən sonra namizədlər üstünlük verdikləri universitetin qəbul meyarlarına uyğun olaraq qiymətləndirilir və nəticələr elan olunur.
Mübadilə müddəti ən azı bir, ən çox iki semestri əhatə edir.
Proqram iştirakçıları mübadilə dövründə öz ali təhsil müəssisələrinə ödəməli olduqları təhsil haqqını ödəməyə davam edirlər. Mübadilə müddətində qeydiyyatın dondurulmasına icazə verilmir. Tələbələr qəbul edən ali təhsil müəssisəsinə əlavə təhsil haqqı ödəmirlər.
Orhun Mübadilə Proqramı çərçivəsində iştirak edən tələbələr qəbul edən universitetdə yerli tələbələr üçün nəzərdə tutulmuş maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Qəbul edən ali təhsil müəssisələri öz tələbələrindən tələb etdikləri rəsmi ödənişlər istisna olmaqla, Orhun tələbələrindən əlavə maliyyə tələbi irəli sürə bilməzlər.
Proqram iştirakçıları təhsil müddətində öz universitetlərindən aldıqları digər təqaüd və kreditlərdən yararlanmağa davam edirlər.
Tələbələrin yaşayış və yemək xərcləri qəbul edən universitet tərəfindən qarşılana bilər. Bu imkanlar xaricində tələbələrə əlavə nağd vəsait ödənilmir.
Başqa ölkədə xarici tələbə statusu ilə təhsil alan şəxslər proqramda iştirak edə bilməzlər.
Üçüncü və sonuncu kurs tələbələri mübadilə proqramına müraciət edə bilməzlər.
Tələbələr yalnız bir universitet seçə bilərlər.
Müraciət üçün tələbələrin ÜOMG göstəricisi 100 ballıq sistem üzrə minimum 75 bal olmalıdır.
Tələb olunan sənədlər
-
Transkript (ingilis dilinə tərcümə olunmuş və rəsmi qaydada təsdiq edilmiş)
-
Tələbə haqqında Məlumat Forması – forma kompüter vasitəsilə doldurulmalıdır.
Müəllim mübadiləsi bir ali təhsil müəssisəsində çalışan akademik heyətin digər ali təhsil müəssisəsində həyata keçirdiyi tədris fəaliyyətini əhatə edir.
Proqrama müraciət etməyi planlaşdıran akademik heyət üstünlük verdikləri universitetin rəsmi internet səhifəsinə daxil olaraq tədris etdikləri fənlərin həmin universitetdə mövcud olub-olmadığını və tədris dilini yoxlamalıdırlar.
Bütün müraciətlər qəbul edildikdən sonra seçim ev sahibi universitetin qərarına əsasən aparılır və nəticələr elan olunur.
Akademik heyətin mübadilə müddəti tədris ilində bir dəfə olmaqla ən azı bir həftə, ən çoxu bir semestr davam edə bilər.
Professor-müəllim heyətinin tədris fəaliyyəti həftədə minimum 6 saat olmalıdır. Həftəlik dərs yükü 6 saatdan artıq olmadıqda, seminar, panel və konfrans kimi akademik fəaliyyətlər də bu çərçivədə nəzərə alınır. Tədris fəaliyyətini əhatə etməyən mobillik Orhun Mübadilə Proqramı çərçivəsində qəbul edilmir.
Akademik Heyətin Mobillik Proqramı adlı sənəddə mühazirəçinin fəaliyyəti ətraflı şəkildə göstərilir. Bu sənəd həm göndərən, həm də qəbul edən universitetin müvafiq kafedraları tərəfindən təsdiq olunmalıdır və mübadiləyə başlanmazdan ən azı 15 gün əvvəl tərəfdaş universitetə təqdim edilməlidir.
Mobillik planında qəbul edən ali təhsil müəssisəsinin tədris dili, mühazirəçinin dərs deyəcəyi dil və həmin dili bilmə səviyyəsi xüsusi nəzərə alınır. Daha əvvəl mübadilə proqramında iştirak etməmiş professor-müəllim heyətinə üstünlük verilir.
Mübadilə hüququ qazandığı halda üzrsüz səbəbdən proqramda iştirak etməyən professor-müəllim heyəti 3 il müddətində yenidən bu proqramdan yararlanmaq üçün müraciət edə bilməz.
Göndərən universitet professor-müəllim heyətinin nəqliyyat xərclərini, qəbul edən universitet isə yaşayış və yemək xərclərini qarşılayır. Bu imkanlar istisna olmaqla, əlavə nağd ödəniş nəzərdə tutulmur.
Mübadilə proqramında iştirak edən tərəfdaşlar
2026-2027 tədris ili üçün universitetlərin siyahısı
Azərbaycan
|
||
|
1 |
|
|
|
2 |
||
|
3 |
||
|
4 |
||
|
5 |
||
|
6 |
||
|
7 |
||
|
8 |
||
|
9 |
||
|
10 |
||
|
11 |
||
|
12 |
||
|
13 |
||
|
14 |
||
|
15 |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qazaxıstan
|
||
|
16 |
|
|
|
17 |
||
|
18 |
||
|
19 |
||
|
20 |
||
|
21 |
||
|
22 |
||
|
23 |
||
|
24 |
||
|
25 |
||
|
26 |
||
|
27 |
||
|
28 |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
Şimali Kipr Türk Cümhuriyyəti
|
||
|
|
|
|
|
29 |
||
|
30 |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qırğızıstan
|
||
|
|
|
|
|
31 |
||
|
32 |
||
|
33 |
||
|
34 |
||
|
35 |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
Macarıstan
|
||
|
|
|
|
|
36 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Özbəkistan
|
||
|
|
|
|
|
37 |
||
|
38 |
||
|
39 |
||
|
40 |
||
|
41 |
||
|
42 |
||
|
43 |
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti |
|
|
44 |
||
|
45 |
||
|
46 |
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Türkiyə
|
||
|
|
|
|
|
47 |
||
|
48 |
||
|
49 |
||
|
50 |
||
|
51 |
||
|
52 |
||
|
53 |
||
|
54 |
||
|
55 |
||
|
56 |
||
|
57 |
||
|
58 |
||
|
59 |
||
|
60 |
||
|
61 |
||
|
62 |
||
|
63 |
||
|
64 |
||
|
65 |
||
|
66 |
||
|
67 |
||
|
68 |
||
|
69 |
||
|
70 |
||
|
71 |
||
|
72 |
||
|
73 |
||
|
74 |
||
|
75 |
||
|
76 |
||
|
77 |
||
|
78 |
||
|
79 |
||
|
80 |
||
|
81 |
||
|
82 |
||
|
83 |
||
|
84 |
||
|
85 |
||
|
86 |
||
|
87 |
||
|
88 |
||
|
89 |
||
|
90 |
||
Tələbə və müəllim mobilliyi ilə bağlı ətraflı məlumat almaq üçün Beynəlxalq Əlaqələr Şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.
ATMU – Orhun Mübadilə Proqramının koordinatoru
İranə Axundova
E-mail: i.axundova@atmu.edu.az
orhun@atmu.edu.az
Tel: +994 12 564 42 33 (122)
Ünvan: Beynəlxalq Əlaqələr Şöbəsi
ATMU əsas tədris binası
2-ci mərtəbə, 201-ci otaq






