Leyla Əliyeva
Sosial menecment fakültəsinin 2020-ci il üzrə bakalavriatura pilləsi birincisi
Savadlı və tələbəyə can yandıran, hər mövzuda köməklik göstərən müəllimlərdən dərs aldığım üçün şanslıyam. Buna görə bütün müəllimlərimə minnətdaram. ATMU kimi universitetin bakalavr birincisi olmaq isə sözlərə sığmayan tam fərqli bir hissdir. Seçimimdə məni yanıltmadığın üçün təşəkkürlər, ATMU.
Ramil Babayev
Sosial menecment fakültəsinin 2020-ci il üzrə magistratura pilləsi birincisi
Müəllimlərin tələbələrlə yaratdıqları səmimi münasibət mənə burada keçirdiyim illərlə bağlı həmişə xatırlayacağım gözəl xatirələr bəxş etdi. Bununla yanaşı, onlar tələbkarlıqlarını da qoruyaraq məsuliyyət hissimin möhkəmlənməsinə töhfə verdilər. Məhz ATMU təcrübəm elmi dünyagörüşümün ümumi çərçivəsini formalaşdırdı. Bu maraqlı təcrübəmdə yer alan hər bir kəsə təşəkkür edirəm.