c.ü.f.d. Bağırlı Sara Hikmət qızı
Şöbə müdiri
s.bagirli@atmu.edu.az
Sara Hikmət qızı Bağırlı 23 fevral 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda həkim ailəsində anadan olmuşdur. 2008-2012-ci illərdə Azərbaycan Turizm İnstitutunda “Linqvistika” ixtisası üzrə bakalavriat səviyyəsində, 2012-2014-cü illərdə həmin institutda “Turizm və otelçilik” ixtisası üzrə “Sosial-mədəni sahələrdə xidmətlərin təşkili” ixtisaslaşmasında magistratura səviyyəsində təhsil almışdır. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetində “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” ixtisası üzrə doktoranturada təhsilini davam etdirmiş və 2022-ci ildə müdafiə etməklə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əmək fəaliyyətinə 2014-cü ildə Azərbaycan Turizm və Menecment Universitetində laborant olaraq başlamış, tyutor, bölmə rəhbəri vəzifələrində çalışmışdır. Hazırda Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. Pedaqoji fəaliyyətinə 2015/2016-cı tədris ilində ATMU-da başlamış, Mehmanxana və restoran işi, Turizm işi kafedralarında saathesabı müəllim vəzifəsində çalışmışdır. 2023/2024-cü tədris ilindən Turizm işi kafedrasının əvəzçi qaydada müəllimi, 2024/2025-ci tədris ilindən həmin kafedrasının əvəzçi qaydada baş müəllimi vəzifəsində çalışmışdır, 2025/2026-cı tədris ilindən dosent əvəzidir. 2024-cü ildə ARETN yanında, EATDA-nın akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Birdəfəlik Dissertasiya Şurasının Seminarının üzvü olmuşdur, 2023-cü ilin aprel ayından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspertidir. 50-dən artıq yerli, beynəlxalq təlim və tədbirin iştirakçısı və təlimçisi olmuşdur.
Ailəlidir, bir övladı var.
s.ü.f.d. Raşova Firuzə Kamal qızı
Baş mütəxəssis
Firuzə Kamal qızı Raşova 24 may 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2007–2011-ci illərdə Bakı Slavyan Universitetində “Tərcümə” (Azərbaycan-ingilis-rus dilləri) ixtisası üzrə bakalavriat, 2011–2013-cü illərdə isə Azərbaycan Turizm İnstitutunda “Turizm və sosial-mədəni sahələrdə servis” ixtisası üzrə magistratura səviyyələrində təhsil almışdır. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetində “Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertantura təhsilini davam etdirmiş, 2023-cü ildə dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Turizm və Menecment Universitetində arxivarius vəzifəsində başlamış, sonrakı illərdə metodist vəzifələrində çalışmışdır. Hazırda ATMU-nun Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərir.
Pedaqoji fəaliyyətinə 2013/2014-cü tədris ilində Azərbaycan Turizm və Menecment Universitetində başlamışdır. Müxtəlif dövrlərdə Turizm işi, eləcə də Mehmanxana və restoran işi kafedralarında saathesabı müəllim, əvəzçilik qaydasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 2025/2026-cı tədris ilindən etibarən Humanitar və sosial elmlər kafedrasında dosent əvəzi vəzifəsində fəaliyyət göstərir.
2025-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Turizm işinin təşkili” ixtisası üzrə bakalavriat səviyyəsində müdafiə şurasının sədri, eyni zamanda, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) ekspertidir.
Peşəkar fəaliyyəti dövründə 45-dən artıq yerli və beynəlxalq təlim və tədbirdə iştirak etmişdir.
Ailəlidir, iki övladı var.
E-poçt: f.rashova@atmu.edu.az
p.ü.f.d. Sarıbəyli Fidan Ramiz qızı
Mütəxəssis
f.saribeyli@atmu.edu.az
Fidan Ramiz qızı Sarıbəyli 10 noyabr 1989-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə bakalavr təhsilini bitirmiş, 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası" ixtisası üzrə magistr dərəcəsi almışdır. 2023-cü ildə Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti - Cərrahpaşada "Ali təhsil müəssisələrinin idarə edilməsi" ixtisası üzrə ikinci magistr təhsilini uğurla tamamlamışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunda "Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası" ixtisası üzrə doktoranturaya qəbul olunmuş və dissertasiya işini uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru (Ped.ü.f.d) elmi dərəcəsinə yiyələnmişdir. F.İ.Sarıbəyli yerli və beynəlxalq elmi jurnallarda, konfrans materiallarında işıq üzü görmüş 17-dən çox elmi məqalə və tədqiqat işinin müəllifidir. Yerli və beynəlxalq səviyyəli bir çox təlim, simpozium və konfransların fəal iştirakçısı olmuşdur.
Rizayev Alikper Abbas oğlu
Mütəxəssis
a.rzayev@atmu.edu.az
Rizayev Alikper Abbas oğlu 21 oktyabr 1983-cü ildə Bakıda anadan olmuşdur. 2000-ci ildə orta məktəbi bitirmişdir. 2000-ci ildən 2004-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Politologiya” ixtisası üzrə təhsil almışdır. 2004-cü ildən 2006-cı ilə qədər həmin yerdə “Dünya siyasəti və beynəlxalq münasibətlər nəzəriyyəsi” ixtisası üzrə magistratura təhsili almişdır. 2007-ci ildən 2008-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2008-ci ildən 2012-ci ilə qədər Cəmşid Naxçıvanski Hərbi Liseyində çalışıb. Azərbaycan Turizm və Menecment Universitetində doktorantura təhsilini başa vurmuşdur. 2020-ci ildən Azərbaycan Turizm və Menecment Universitetinin Strateji İnkişaf və Keyfiyyət Təminatı şöbəsinin mütəxəssisdir.