ƏSASNAMƏ
1.Ümumi qaydalar
1.Hazırki əsasnamə Xidmət şöbəsinin fəaliyyətini tənzimləyir,onun məqsəd və vəzifələrini,hüquqlarını,cavabdehliyini müəyyən edir.
2.Xidmət şöbəsi Azərbaycan Turizm və Menecment universitetinin struktur bölmələrindən biridir.
3.Xidmət şöbəsi öz fəliyyətində Azərbaycan respublikasının qanunlarını və normativ aktlarını,universitetin qaydalarını və əsasnaməsini əsas tutur.
4.Xidmət şöbəsinin strukturu və işçilərinin sayı təsdiq edilmiş ştat cədvəli əsasında universitetin rektoru tərəfindən müəyyən edilir.
5. Xidmət şöbəsi öz fəaliyyətini universitetin digər struktur bölmələri ilə əlaqəli olaraq yerinə yetirir.
2.Məqsəd və vəzifələri
1.Xidmət şöbəsinin əsas vəzifəsi universitetin təsərrüfat fəaliyyətində onun struktur bölmələrinə maddi-texniki xidmətin göstərilməsidir.
2.Xidmət şöbəsi universitetin yerləşdiyi binalarda auditoriyaların, laborotoriyaların, otaqların, yeməkxananın hüquqi-normativ aktlara uyğun olaraq sanitar-gigiyenik vəziyyətini, yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətinin lazım olan vəziyyətini, binada ventilyasiyanın saz vəziyyətdə olmasını,əməkdaşların səmərəli işləməsi üçün lazım olan şəraitin yaradılmasını təmin edir;
3.Universitetin əsəs obyektlərinin cari və əsaslı təmiri planını işləyib hazırlayır,təsərrüfat xərcləri smetasının tərtibində iştirak edir;
4. Binanın təmirini təşkil edir,təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsini təmin edir.
5.Xidmət üzrə müqavilələrin bağlanması üçün lazım olan materialları rəsmiləşdirir;
6.Dəftərxana ləvazimatlarının, vacib təsərrüfat materiallarının, avadanlıqların, inventarların alınmasını, saxlanmasını təşkil edir;
7. Universitetin struktur bölmələrini vaxtaşırı təmin edir, onların işlənməsi vaxtının uçotunu aparır, müvafiq hesabat forması tərtib edlir;
8. Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilir;
9. İnventarizasiyanın aparılmasını təşkil edir;
10. Binada və ərazidə təmizlik işlərini yerinə yetirir;
11. Həyətyanı sahənin abadlaşdırılmasını,yaşıllaşdırılmasını,tərtibatını təmin edir;
12. Yanğından mühafizə xidmətinin tədbirlərinin yerinə yetirilməsini və yanğından mühafizə avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin edir.
3.Hüquq və öhdəlikləri
1.Xidmət sahəsi üzrə universitetə daxil olan sənəd və materiallarla tanış olmaq,sistemli uçotunu aparmaq,işin gedişatında istifadə etmək;
2. Şöbənin üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün digər struktur bölmələrinin materiallarıni əldə etmək,sorğu göndərmək;
3. Şöbənin işini təkmilləşdirmək üçün yeni forma və metodların təklif edilməsi;
4. Təsərrüfat fəaliyyəti ilə əlaqədar keçirilən iclaslarda iştirak etmək;
5.Şöbənin işçilərinin fərdi əmək fəaliyyəti çərçivəsində mükafatlandırılması,yaxud cəzalandırılması üçün təkliflərin verilməsi;
6. Mebel və inventarların keyfiyyətli təmirinin yerinə yetirilməsi;
7. Universitetin struktur bölmələrindən və tələbələrindən qiymətli əşyaların qəbul edilmiş normalar çərçivəsində istifadə edilməsini və saxlanmasını tələb etmək;
8. Bütün otaqların normal işıqlandırma, istiliklə, sanitar qovşaqların santexnika ilə təmin edilməsi.
4. Cavabdehlik
1.Hazırki əsasnamə ilə şöbəni üzərinə qoyulmuş bütüun tapşırıqların və vəzifələrin yerinə yetirilməsinə cavabdeh şəxs şöbə müdiridir.