Təsərrüfat və texniki təchizat şöbəsi Azərbaycan Turizm və Menecment Universitetinin struktur bölməsi olub, 2006-cı ildən fəaliyyət göstərir.
Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını və normativ aktlarını, şöbənin əsasnaməsi və ATMU-nun Nizamnaməsini əsas tutur. Xidmət şöbəsi fəaliyyətini universitetin digər struktur bölmələri ilə əlaqəli olaraq yerinə yetirin.
Təsərrüfat və texniki təchizat şöbəsinin fəaliyyətinin əsas məqsədi universitetin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək, onun texniki xidmətinə, təsərrüfat və mədəni-məişət işlərinə bilavasitə rəhbərliyi həyata keçirməkdir.
Şöbənin müdiri və əməkdaşları universitetin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə nəzarət edir, auditoriyalarda, kabinet və laboratoriyalarda, tədris-idman bazalarında və yeməkxanalarda sanitar-gigiyena vəziyyətini və qayda qanunu təmin edir, tikintiyə və cari təmirə rəhbərlik edir, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir. Bundan əlavə şöbə tərəfindən bölmələri mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin edilir, həmçinin onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət edilir, nəqliyyat və texniki vasitələrin, materiallar, konstruksiyalar, alətlər, inventarlar və s. əldə edilməsi üçün sifarişlər hazırlanır və onlardan səmərəli istifadə olunması təmin edilir.
Təsərrüfat və texniki təchizat şöbəsi tərəfindən həmçinin xidmət üzrə müqavilələrin bağlanması üçün lazım olan materialların rəsmiləşdirilməsi, dəftərxana ləvazimatlarının, vacib təsərrüfat materiallarının, avadanlıqlarının alınması və saxlanılmasını təşkil olunur.
ƏLAQƏ
Ünvan: Koroğlu Rəhimov küçəsi, 822/23, Bakı, Azərbaycan (Əsas tədris binası)
Tel.: +994 12 564 42 33 (141)