SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

AZƏRBAYCAN TURIZM VƏ MENECMENT UNIVERSITETI

“Ümumi fənlər ” kafedrası haqqında

ƏSASNAMƏ

1. Kafedra ATMU-nun və “Sosial idarəetmə” fakültəsinin tədris struktur bölməsi olub, təhsil alanlar arasında informasiya texnologiyaları və kafedra üzrə ümumi fənlərib tədris edir, eyni zamanda metodiki, elmi-tədqiqat, və elmi-pedaqoji işləri həyata keçirir.

2. Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin Nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.

3. Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq, seçilmiş elmi dərəcəsi və elmi adı olan kafedra müdiri tərəfindən həyata keçirilir. Kafedra müdirinin ayrı-ayrı sahələr üzrə (tədris, elmi və s.) ictimai əsaslarla müavinləri ola bilər.

4. Kafedranın idarəetmə orqanı onun iclasında öz səlahiyyətlərini həyata keçirən kafedra kollektividir. Kafedra iclaslarının tərkibi müzakirə olunan məsələlərə əsasən müəyyən edilir.Kafedra iclasları ayda bir dəfədən az olmayaraq (məzuniyyət dövrü istisna olunmaqla) çağırılır.

5. Kafedranın tərkibinə kafedra müdiri, professorlar, dosentlər, baş müəllim, müəllim, doktorantlar, digər kateqoriyadan olan işçilər daxildir.

6. Kafedranın əsas vəzifələri:

Tədris-metodiki işlər üzrə

➢ bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya, praktiki, seminar və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;

➢ kompüter texnologiyalarından istifadənin tətbiqi məqsədilə müəllimlərin tələbələrlə auditoriyadankənar dərslərin təşkili

➢ kurs və diplom işlərinə (layihələrinə) istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;

➢ kurs imtahanlarının və məqbullarının keçirilməsi;

➢ dövlət imtahanlarının təşkili və keçirilməsi;

➢ kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazıırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin, digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;

➢ dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;

➢ Tədris ilinin yekunları haqqında hesabatın hazırlanması və müzakirəsi

Elmi – tədqiqat işlər üzrə

➢ Kafedra əməkdaşlarının elmi istiqamətə uyğun elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi;

➢ elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;

➢ tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;

➢ kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

➢ elmi-tədqiqat işlərinə dair seminarların təşkili;

➢ respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

➢ tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;

➢ elmi-pedaqoji kadrların; kafedra əməkdaşlarının, həmçinin, rektorluğun (fakültənin) tapşırığına əsasən, digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

➢ kafedra əməkdaşlarının çap olunmuş, materiallarının (monoqrafiya, dərslik, dərs vəsaiti, metodik tövsiyə,proqram, məqalə, tezislər və s) toplanması və sistemləşdirilməsi;

➢ magistr dissertasiya işlərinin kafedrada ilkin müzakirəsi;

➢ qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-metodiki köməklik göstərilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;

➢ ali təhsil müəssisələrinin məzunları və bu kafedraların məzunları ilə əlaqənin təşkili; elmi biliklərin təbliğ edilməsi;

Tələbələrin mənəvi tərbiyəsi üzrə

➢ təhsil alanlar arasında tərbiyə işinin təşkili;

➢ Tələbələrin dünyagörüşünün artırılması və seçdikləri ixtisasa maraqlarının yüksəldilməsi ilə bağlı işlərin aparılması;

7. Kafedra ən azı illik tədris yükü 3,0 min saat olduqda yaradılır.

8. Kafedra iclaslarına digər ali məkrəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və  təşkilatların işçiləri də dəvət oluna bilər.

9. Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:

➢ kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda, müəllimlərin, elmi, tədris-yardımçı heyəti, doktorantların və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları;

➢ kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları;

➢ müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;

➢ kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası;

➢ kurs və diplom layihələrinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, layihələrin müdafiəyə buraxılması;

➢ elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi;

➢ kafedra müdirinin müavinlərinin namizədliyi;

➢ öz səlahiyyətləri daxilində, xarici ölkələrdə staj keçmək və ixtisasartırma fakültələrinə ezam edilmək, doktoranturaya keçirmək, yaradıcılıq məzuniyyətləri vermək;

➢ öz səlahiyyətləri daxilində, sərəncamda olan və ya məqsədli ayrılmış vəsaitin tədris, elm və sosial tələblərə xərclənməsi;

Beynəlxalq əməkdaşlıq üzrə

➢ kafedra əməkdaşlarının beynəlxalq konfranslarda və digər tədbirlərdə iştirakı;

➢ tələbələrinin beynəlxalq layihələrə cəlb olunması;

10. Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün, öz səlahiyyətləri daxilində, digər məsələləri də müzakirə edib müvafiq qərar çıxara bilər. Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin tədris-metodik şurasına, zərurət olduqda isə, ali məktəb rektorluğuna və elmi şuraya məlumat verilir.

11. Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimat qəbul edilir:

➢ kafedra müdirinin seçilməsi;

➢ müəllimin işə qəbulu, onlarla müqavilə bağlanması;

➢ tədris olunan fənlər üzrə fənn komissiyalarının yaradılması;

➢ magistraturaya, doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması;

➢ universitet və ya fakültə tərəfindən elmi və tədris-metodiki əsərlərin nəşri;

➢ tələbələrin müəyyən fənnlər üzrə fərdi planla təhsilə keçirilməsi;

➢ işçilərin və təhsil alanların həvəsləndirilməsi və ya cəzalandırılması;

➢ kafedraların müəllimlərinin və əməkdaşların tutduqları vəzifədən kənar edilməsi;

➢ digər təkliflər.

12. Kafedra iclaslarında qərarlar açıq və gizli səsveermə yolu ilə, sadə səs çoxluğu ilə  qəbul edilir.

 Tədris-metodiki məsələlərin eləcə də, kafedra əməkdaşlarının işə qəbul olunanlar  haqqında təqdimatlarının müzakirəsi zamanı tədris-tərbiyə prosesində şəxsən iştirak edən kafedra üzvləri həlledici səsə malikdirlər.

13. Kafedra müdiri:

➢ kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;

➢ hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;

➢ kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;

➢ kafedranın ştat tərkibini təklif edir;

➢ fakültədə, ali məktəbdə, kənar təşkilatlarda kafedranı təmsil edir;

➢ kafedra müdirinin müavinləri vəzifələrinə namizədlər təklif edir;

➢ kafedranın fəaliyyətinin nəticələrinə görə, kafedranın kollektivi fakültə, ali məktəb, elmi şura və rəhbərlik qarşısında məsuliyyət daşıyır.

14. Kafedra müdirinin müxtəlif sahələr üzrə (tədris, elm, tərbiyə və s.) müavinləri  mövcud qaydada seçilir.

15. Kafedra ali məktəb fakültə tədris metodik şuranın təqdimatına əsasən, elmi şuranın təqdimatına görə, rektorun əmri ilə yaradılır və ləğv edilir.

16. Kafedra kargüzarlığı mövcud qaydada təsdiq edilmiş nomenklaturaya uyğun olaraq aparılır.

17. Kafedranın Əsasnaməsi ATMU-nun Əsasnaməsinə uyğun olaraq hazırlanır və  universitetin elmi şurası iclasında baxılır.

 Əsasnamə Azərbaycan Turizm və Menecment

 Universiteti Elmi Şurasının 23 aprel 2025-ci il

 (6 saylı Protokol) tarixli iclasında müzakirə

 edilərək təsdiq edilmişdir