SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

“Nəqliyyat, İKT və təbiət elmlərı” kafedrası  kompüter və informasiya texnologiyalarının hal-hazırkı dövrümüzdə böyük təsiri olduğundan, tələbələrə informasiya texnologiyaları, proqram təminatı və texniki vasitələr kimi sahələrdə özlərini inkişaf etdirmələri üçün imkanlar verir.

Kafedra ATMU-da turizm sahəsində elmi-tədqiqat işlərinin qrafiki və hesablama texnikasının kompüterdə tətbiqi, turizm sahəsində yeni proqramların yazılması və mövcud proqramların isə tətbiqinə köməklik göstərir.

2008-ci ildə kafedra "Turizmdə İnformasiya texnologiyaları" adı altında yaradılmışdır. Kafedrada “Nəqliyyatda servis” ixtisasının tədris edildiyini nəzərə alaraq, kafedranın adı “Nəqliyyat, İKT və təbiət elmləri”  adlandırılmışdır.

Hazırda kafedrada 1 elmlər doktoru, 7 fəlsəfə doktoru fəaliyyət göstərir. Kafedranın əməkdaşları  7 dosent, 2 baş müəllim, 4 müəllimdən ibarətdir.

Kafedranın nəzdində  kompüter kabineti fəaliyyət göstərir. Kompüterlər tədrisdə istifadə olunan müasir proqram paketləri ilə, o cümlədən, “Amadeus” bronlaşdırma sistemi ilə təmin olunmuş və geniş zolaqlı internetə qoşulmuşdur.

Kafedra tədris və elmi işlərin informasiya təminatı, əməkdaşların və müəllimlərin informatika sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün müvafiq işləri həyata keçirərək, tələbələri və professor-müəllim heyətini tədris prosesinə, həmçinin, elmi tədqiqatlara aid məlumatlarla təmin edir, həmin məlumatların toplanması, işlənməsi, analizi və dünya təcrübəsindəki yeri barədə lazımi istiqamət verir.

Elektron vəsaitlərin və tədris materiallarının hazırlanması tədris prosesinin keyfiyyətinə müsbət təsir edən amillərdəndir. Bu səbəbdən, dərslərin tədrisində informasiya texnologiyalarından və interaktiv metodlardan istifadəyə geniş yer verilir.

Bir sözlə, “Nəqliyyat, İKT və təbiət elmləri”  kafedrası dünya miqyasında olan yenilikləri, elmi məlumatları daim əldə edərək tədris prosesini təkmilləşdirməyə davam edir.

“Nəqliyyat, İKT və təbiət elmlərı” kafedranın əməkdaşları tədqiqat istiqamətinə uyğun olaraq nəticələri müxtəlif  beynəlxalq və respublika miqyaslı elmi konfranslarda məruzə edir və elmi jurnallarda məqalələr şəklində çap etdirirlər.

“İqtisadi informatika” , “Turizmdə informasiya texnologiyalarının tətbiqi” kitabları Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə çap olunmuşdur. Hazırda ayrı-ayrı fənlər üzrə dərsliklərin, tematik planların, dərs və əyani vəsaitlərin yazılması və nəşrə hazırlanması prosesi davam edir.

Kafedra müdiri: f-r.e.n., dos. Rüstəmov Nazim Sədi oğlu

ƏLAQƏ

Ünvan: Cəfər Xəndan küç., 17, Bakı, Azərbaycan (II tədris binası)

E-mail: nikttek@atmu.edu.az

Tel.: +994 12 561 42 01 (018)

Poçt indeksi: AZ 1130