Ümumi məlumat

Azərbaycan Turizm və Menecment Universitetinin həyata keçirdiyi təhsil siyasətinin əsas istiqamətlərindən biri məzunlarla işin həyata keçirilməsidir. Bu istiqamət təhsildə yüksək  keyfiyyətin təmin olunması, mövcud boşluqların müəyyən edilməsi, güclü tərəflərin daha da inkişaf etdirilməsi üçün təhlillərin və statistik araşdırmaların aparılması üşün mühüm əhmiyyət kəsb etməkdədir.

Tələblərin universiteti bitirdikdən sonrakı peşəkar fəaliyyəti daim ATMU-nun diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, universitetin müvafiq struktur bölməsinin fəaliyyət planında “məzunlarla iş” istiqaməti xüsusi bir bölmədir.

Məzunlarla işin təşkil edilməsində məzun şəbəkəsinin yaradılması xüsusi önəm kəsb edir. Məzun şəbəkəsi məzunlarla universitet arasında bağların daimi olması üçün bir vasitədir. ATMU-nun məzun şəbəkəsi onlarla əlaqə qurmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək üçün mühüm yoldur. Həmçinin şəbəkə vasitəsilə məzunlar iş əlaqələri qura, görüşlər təşkil edə və universitet həyatına birbaşa cəlb oluna bilərlər.

ATMU məzun şəbəkəsi yaradılarkən məzunlar haqqında hazırlanmış məlumat bazasındakı məlumatlardan istifadə edilir. Sözügedən bazada məzunun ad, soyad, ata adı, məzun olduğu ixtisas və il, əlaqə vasitələri, məşğulluq vəziyyəti haqqında məlumatlar öz əksini tapır.

Məzun  bazasının hazırlanmasında əsas məqsədlər aşağıdakılardır:

  • Məzunların ATMU ilə əlaqələrinin möhkəmləndirilməsi;
  • Məzunlarla iş prosesinin reallaşdırılması (onların universitetə dəvət olunması, tələblərlə görüşlərin keçirilməsi, müxtəlif yönümlü və müxtəlif miqyaslı tədbirlər keçirmək, məzunların ATMU-da əmək fəaliyyətinə cəlb olunması, yeni kurriklumun tərtibində müzakirələrdə iştirak və s);
  • Məzunların məşğulluq vəziyyətinin müəyyən edilməsi;
  • İşsiz olan məzunların ixtisas yönümlü karyera imkanlarının dəstəklənməsi;
  • Onların ATMU-nun fəaliyyətinə dəstək verməsi;
  • Məzunların karyera uğurları haqqında məlumatların toplanılması və təbliğ edilməsi.

Məzun bazası hazırlanarkən əldə edilmiş bir neçə statistik məlumatı qeyd etmək mümkündür. Belə ki, 2019/2020-ci tədris ilində ATMU-da fəaliyyət göstərən inzibati heyətin 21 nəfəri, professor-müəllim heyətinin isə 8 nəfəri universitetin məzunları olmuşdur.

 2015-2019-cu illər ərzində Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr pilləsindən 1561 nəfər tələbə məzun olmuşdur. Onlardan 972 nəfər məzun haqqında yuxarıda qeyd olunan məlumatlar əldə edilmişdir.

Həmçinin, 2016-2018-ci illərdə ATMU-nun Turizm və Otelçilik ixtisasından məzun olmuş tələblərdən 205 nəfər haqqında məlumat əldə olunub. Onlardan 50% (103nəfər tələbə) Turizm sahəsində, 22 %( 45 nəfər) qeyri turizm, 13% (26 nəfər)təhsilini davam edir, 15%  (31 nəfər) isə işsizdir.  Universitet olaraq işsiz olan məzunlarımız üçün mümkün olan dəstəyi göstərərək onların da məşğulluğunu təmin etməyə çalışırıq.

Ümumilikdə, Azərbaycan Turizm və Menecment Universiteti təsis edildiyi tarixdən günümüzə qədər bakalavriatura, magistratura və doktorantura pillələri üzrə 3357 nəfər tələbə  (2963 nəfər bakalavr, 385 nəfər magistr, 9 nəfər doktorantura) Azərbaycan Turizm və Menecment Universitetinin məzunu adını qazanmışdır. Həmçinin, universitetimizdə mövcud olan əlavə təhsil proqramları üzrə 46 nəfər tələbə məzun olmuşdur.

Azərbaycan Turizm və Menecment Universitetinin 2020-ci il məzunlarını təbrik nitqləri
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, ATMU-nun rektoru İlham Mədətov, IMC Krems Tətbiqi Elmlər Universitetinin Baş İcraçı Direktoru Prof. Karl Ensfelner, həmçinin universitetdən cari ildə məzun olan tələbələr Azərbaycan Turizm və Menecment Universitetinin 2020-ci il məzunlarını təbrik ediblər.