Azərbaycan Turizm  Menecment Universiteti yarandığı gündən tədrisin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara cavab verən təhsil sisteminin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə tərəfdaşları ilə əməkdaşlığa üstünlük verməklə dövlət və özəl qurumlar, həmçinin vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyət göstərir. Əməkdaşlıq sayəsində bilik mübadiləsi həyata keçirilir, sənayenin tələbləri müəyyənləşir və bu tələblərə uyğun kadrlar yetişdirilməsi istiqamətində işlər həyata keçirilir.

Tərəfdaşlarla mövcud əməkdaşlıq istiqamətləri aşağıdakılardır:

  • Birgə layihələrin icrası;
  • Elmi-tədqiqat fəaliyyəti;
  • Məzunların ixtisas yönümlü karyera imkanlarının dəstəklənməsi;
  • Təcrübə prosesinin təşkil olunması;
  • “Karyera sərgiləri”nin keçirilməsi;
  • Turizm və menecment sahələrində birgə tədbirlərin keçirilməsi;
  • Birgə təlim və görüşlərin təşkili;
  • Universitet tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak;
  • Könüllülk fəaliyyəti;
  • Digər fəaliyyətlər.
Dövlət qurumları
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

ATMU Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) tabeçiliyində fəaliyyət göstərir. DTA və ATMU arasındakı əməkdaşlıq əsasən birgə tədbir və layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması, universitetin təhsil siyasətinin reallaşdırılmasına dəstək, tələbələrin Agentliyin müxtəlif struktur bölmələrində könüllülük fəaliyyətinə cəlb edilməsi sahələrini əhatə edir. DTA-nın tabeliyindəki qurumlarda məzunlarımıza mövcüd iş imkanlarının təqdim edilməsi və onların ixtisas profili üzrə əmək fəaliyyətinə cəlb olunması işi birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bundan əlavə, ATMU tələbələrinin DTA-da təcrübə keçməsi də əməkdaşlıq edilən sahələrə daxildir.

Azərbaycan Turizm Bürosu

Azərbaycan Turizm Bürosu

Azərbaycan Turizm Bürosu (ATB) və ATMU arasında əməkdaşlığın mühüm istiqamətləri birgə layihələrin həyata keçirilməsi və tədbirlərin təşkil olunmasıdır. Həmçinin, universitetin məzunlarının işlə təmin olunması, tələbələrinin ATB-də könüllülük fəaliyyətinə cəlb olunması və qurumda təcrübə keçməsi əməkdaşlıq sahələridəndir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Turizm və Menecment Universiteti vahid dövlət siyasəti çərçivəsində öz fəaliyyətini həyata keçirir, təhsil qanunvericiliyinin tələblərinə və təhsilin dövlət standartlarına riayət edir. ATMU fəaliyyətini Elm və Təhsil Nazirliyinin qanunları və tələbləri ilə əlaqələndirir, qarşılıqlı əməkdaşlıq üzərində işini aparır və vaxtaşırı respublika Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollegiyası qarşısında hesabat verir. Elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində birgə layihələr və tədbirlərin keçirilməsi ixtisaslı kadr hazırlığına öz töhfəni verir.

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Turizm və Menecment Universitetinin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlığı kadr potensialının inkişaf etdirilməsi və layihələrin işlənməsi üzərində qurulub. Bu əməkdaşlıq Akademiyanın institutlarında tələbələrimizin istehsalat təcrübəsinə cəlb olunmasını təmin edir. Həmçinin, ATMU Akademiyanın müxtəlif elm sahələrini əhatə edən layihələrdə iştirakını genişləndirməkdədir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ATMU arasındakı əməkdaşlığın dairəsi genişdir. Nazirlik və tabeliyində fəaliyyət göstərən muzeylər, mədəniyyət mərkəzləri və digər qurumlarla əməkdaşlığın əsas istiqamətləri sırasına tələbələrin könüllülük fəaliyyətinə cəlb olunması, təcrübə prosesinin təşkili, birgə tədqiqat layihələrində iştirak daxildir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyindəki qurumlarla ATMU-nun sıx əməkdaşlığı mövcuddur. Belə ki, ATMU-da karyera sərgilərinin keçirilməsi, məzunların məşğulluğunun təmin edilməsi, universitet tələbələrinin istehsalat təcrübəsinin nazirliyin mərkəzi aparatı və tabeliyindəki qurumlarda keçmələrinin təşkil edilməsi əsas əməkdaşlıq sahələridir. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ATMU-nun əməkdaşlarının işə götürülməsi prosesinin rəsmiləşdirilməsində nazirliklə əməkdaşlıq edilir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

ATMU-nun Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığı əsasən tələbələrin nazirlikdə təcrübə prosesinə cəlb edilməsi, birgə tədbirlərin keçirilməsi istiqamətindədir. Universitet tələbələrinin inkişafı yönündə həyata keçirilən layihələr əməkdaşlığın digər sahələrindəndir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın əsas istiqamətləri universitet tələbələrinin istehsalat təcrübəsinin Agentliyin mərkəzi aparatı və tabeliyindəki qurumlarda keçmələrinin təşkil edilməsi, tələbələrin burada könüllülük fəaliyyəti ilə məşğul olmasıdır. Bu qurumla birə heyata keçirilən layihələrdən biri kimi, ATMU-nun ASAN Xidmət və Coca-Cola Bottlers Azerbaycan ilə birgə bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsinin icra olunmasını misal gətirmək olar.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ATMU əməkdaşlığının əsas sahələri universitetin “Qida məhsulları mühəndisliyi” ixtisasının məzunları üçün vakansiyaların təklif edilməsi, universitet tələbələrinin istehsalat təcrübəsinin Agentliyin mərkəzi aparatı və tabeliyindəki qurumlarda keçmələrinin təşkil edilməsi, tələbələrin AQTA-da könüllülük fəaliyyəti ilə məşğul olması sahələrini əhatə edir. AQTA nümayəndələri müntəzəm olaraq universitetə dəvət olunur və tələbələrə seminarlar keçirlər. Həmçinin əməkdaşlıq çərçivəsində tələbələr AQTA-nın tabeçiliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna səfər edib ixtisaları ilə əlaqərdar olan prosesləri yerindəcə izləmək və praktiki biliklər əldə etmək imkandan yararlanırlar.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

ATMU tələbələrinin istehsalat təcrübəsini təşkil edərkən önəm verdiyi dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Xüsusilə, “Sosial iş” ixtisasının tələbələri qeyd olunan qurumda istehsalat təcrübəsi keçir və universitetdə öyrəndikləri biliklər bu qurumda qazandıqları peşə yönümlü bacarıqlarla peşəkar kadr kimi yetişirlər.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə əməkdaşlıq əsasən tələbələrin istehsalat təcrübəsinin təşkil olunması istiqamətində həyata keçirilir. ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin tələbələrinin istehsalat təcrübəsini keçdiyi qurumlardan biri məhz Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsidir.

Azərbaycan Respublikasının Gənclər Fondu

Azərbaycan Respublikasının Gənclər Fondu

Azərbaycan Respublikasının Gənclər Fondu (AzGF) ATMU-nun fəaliyyətində əsas tərəfdaşlardan biridir. Tələbə və məzunlar üçün iş və təcrübə imkanlarının təmin edilməsi, həmçinin müxtəlif layihələrin reallaşdırılması, ATMU-da fəaliyyət göstərən tələbə təşkilatları ilə əməkdaşlıq əsas fəaliyyət istiqamətlərinə daxildir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

ATMU və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq əsasən istehsalat təcrübəsinin təşkili üzərində qurulmuşdur. Xüsusilə, “Beynəlxalq müasibətlər” və “Regionşünaslıq” ixtisaslarının tələbələrinin istehsalat təcrübəsi təşkil olunarkən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi dəstək göstərilir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ATMU istehsalat təcrübəsinin təşkilinə dəstək verən mühüm dövlət qurumlarından biridir. Birgə əməkdaşlıq çərçivəsində ATMU tələbələri qurumun müvafiq struktur bölmələrində 14 həfətəlik istehsalat təcrübəsi keçirlər.

Azərbaycan Dəmir Yolları QSC

Azərbaycan Dəmir Yolları QSC

Azərbaycan Dəmir Yolları QSC universitetin tələbələrinin praktiki biliklərinin zənginləşdirilməsi istiqamətində böyük dəstək göstərməkdədir. Belə ki, “Nəqliyyat servisi” ixtisasının tələbələri müntəzəm olaraq hər tədris ilində 14 həftəlik istehsalat təcrübəsini Azərbaycan Dəmir Yolları QSC və regional idarələrində keçirlər.

Azərbaycan Hava Yolları QSC

Azərbaycan Hava Yolları QSC

Azərbaycan Hava Yolları QSC (AZAL) ATMU-nun istehsalat təcrübəsinin təşkili sahəsində ən yaxın tərəfdaşlarındandır. “Nəqliyyat servisi” ixtisasının tələbələri AZAL-da istehsalat təcrübəsində iştirak etməklə müəssisənin müxtəlif bölmələrində fəaliyyət göstərirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası

ATMU tələbələrinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasında keçmələri mühüm əməkdaşlıq sahəsidir. Bundan əlavə, ASK-nın təşkil etdiyi və sənaye nümayəndələrinin istirak etdiyi tədbirlərdə ATMU da dəvət olunanlar sırasına yer tutur. Qeyd olunmalıdır ki, belə tədbirlər tələbə və məzunların karyera imkanlarının dəstəklənməsi üçün mühüm əhəmiyyə kəsb edir.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası

QHT-lərə Dövlət Dəstəyi Şurası 13 dekabr 2007-ci ildə təsis edilmiş və öz fəaliyyətində vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə QHT-lər arasında münasibətlərin təkmilləşdirilməsi və QHT-lərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, bu sahədə təhlillər aparır və hesabatlar tərtib edir, ictimai rəyin öyrənilməsi üçün tədbirlər görür, QHT-lərə konsultativ, məlumat, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda yardım göstərir və bu sahədə təkliflər hazırlayır, həmçinin QHT-ləri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrin həyata keçirilməsinə cəlb edir, onların peşəkar potensialının təkmilləşdirilməsi ilə bağlı müxtəlif inkişaf proqramlarını həyata keçirir. ATMU ilə Şura arasındakı əməkdaşlıq əsasən tələbələrin istehsalat təcrübəsinin təşkil edilməsini əhatə edir. Tələbələrin yuxarıda qeyd olunan fəaliyyətin birbaşa iştirakçısı olması onların sahələrinin mütəxəssisi kimi yetişməyində xüsusi rol oynayır.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

ATMU və Milli Arxiv İdarəsi əməkdaşlıq edərkən istehsalat təcrübəsinin təşkilinə xüsusi önəm verir. Belə ki, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələrinin istehsalat təcrübəsini keçdiyi dövlət qurumlarından biri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsidir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki təşkilatdır. ATMU tələbələri qurum vasitəsilə fəaliyyəti koordinasiya edilən “mədəniyyət könüllüləri” sırasında yer almaqdadırlar. Həmçinin, tələbələrin istehsalat təcrübəsi prosesində mərkəz ATMU-ya yaxından dəstək göstərir. MEMİM nümayəndələri universitetdə təşkil olunan görüşlərdə müntəzəm olaraq tələbələrimizlə görüşərək fikir mübadiləsi aparıb, təcrübələrini bölüşürlər.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ATMU-nun tələbələrin istehsalat təcrübəsinin təşkil olunması istiqamətində əməkdaşlıq etdiyi qurumlar siyahısındadır. Universitetin “Tərcümə” ixtisasının tələbələri sözügüdən qurumda 14 həftəlik istehsalat təcrübəsi keçməklə nəzəri biliklərinin praktikada tətbiq edilməsi üçün böyük imkan əldə edirlər.

Azərbaycan Milli Xalça Muzeyi

Azərbaycan Milli Xalça Muzeyi

ATMU-nun “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələrinin istehsalat təcrübəsini keçdiyi qurumlardan biri Azərbaycan Milli Xalça Muzeyidir. Muzeylə əməkdaşlıq çərçivəsində tələbələr 14 həftəlik istehsalat təcrübəsini burada keçirlər.

Azərbaycan İstiqlal Muzeyi

Azərbaycan İstiqlal Muzeyi

ATMU və Azərbaycan İstiqlal Muzeyi əməkdaşlıq edərkən istehsalat təcrübəsinin təşkilinə diqqət ayırır. Belə ki, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələrinin istehsalat təcrübəsini keçdiyi dövlət qurumlarından biri Azərbaycan İstiqlal Muzeyidir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ATMU-nun müxtəlif ixtisaslarda təhsil alan tələbələrinin istehsalat təcrübəsi keçdiyi müəssisədir. Həm idarənin özündə, həm tərkibindəki qurumlarda tələbələrimiz təcrübə imkanlarından yararlanırlar.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)

ATMU və DOST Agentliyi arasındakı əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi, araşdırma, statistika və təhlillərin aparılması, birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması istiqamətlərini əhatə edir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi

ATMU və DMA arasında əməkdaşlıq çərçivəsində ATMU tələblərinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində müxtəlif xidmətlərin icra edilməsini həyata keçirilir. Universitetdə karyera sərgiləri və ATMU tələbələri üçün istehsalat təcrübəsinin təşkili əməkdaşlıq edilən əsas sahələr sırasına daxildir. Həmçinin ATMU-nun Karyera və Kommunikasiya şöbəsi Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ilə sıx əməkdaşlıq edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda 4 dildə təhsil verən yeganə ali təhsil müəssisəsi, eləcə də fundamental elm və təhsil mərkəzidir.
UNEC-də bakalavriat, magistratura və doktorantura üzrə kadr hazırlığı beynəlxalq təhsil sisteminə uyğun olaraq aparılır.