Abşeron Hotel Qrupu

Abşeron Hotel Qrupu

Absheron Hotel Qrupu və ATMU arasında əməkdaşlığın əsas istiqaməti universitet tələbələrinin təcrübə prosesinə cəlb olunmasıdır. Tələbələr qrupun tərkibinə daxil olan otellərdə təcrübə prosesində iştirak edirlər.

“Air Astana” Bakı nümayəndəliyi

“Air Astana” Bakı nümayəndəliyi

“Air Astana” Bakı nümayəndəliyi ATMU-nun yeni tərəfdaşlarındandır. Universitetin “Nəqliyyat servisi” ixtisasının tələbələrinin 14 həftəlik istehsalat təcrübəsini keçdiyi müəssisələr sırasında mühüm yerlərdən birini “Air Astana” Bakı nümayəndəliyi tutur.

Azerbaijan Coca-Cola Bottlers Ltd

Azerbaijan Coca-Cola Bottlers Ltd

ATMU və Azerbaijan Coca - Cola Bottlers Ltd arasında imzalanmış “Əməkdaşlıq haqqında memorandum” Universitet və müəssisə arasındakı əmkdaşlığın dairəsini müəyyənləşdirir. Memoranduma əsasən tərəfdaşlıq müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin edilməsi, sosial məsuliyyəti artıran layihələrin icrası, menecment və turizm tədbirləri, restoran və turizm sahərində davamlı inkişafın təmin edilməsi sahəsində birgə layihələrin icrası, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir. Eyni zamanda ATMU tələbələrinin Azerbaijan Coca-Cola Bottlers Ltd-də istehsalat təcrübəsi keçməsi əməkdaşlığın digər istiqamətidir.

“Az FP Co LTD” MMC (MİLLA)

“Az FP Co LTD” MMC (MİLLA)

ATMU və “Az FP Co LTD” MMC (MİLLA) arasındakı əməkdaşlıq tələbələrin istehsalat təcrübəsini keçməsi sahəsini əhatə edir. ATMU-nun müxtəlif ixtisaslarında təhsil alan tələbələr bu müəssisədə təcrübə müddətini tamamalayırlar.

AFB Bank ASC

AFB Bank ASC

AFB Bank və ATMU arasındakə əməkdaşlıq əsasən tələblərin bankda istehsalat təcrübəsi keçməsini əhatə edir. Bundan əlavə, bankın nümayəndələrinin ATMU-nun “Biznes idarəçiliyi” fakülətəsinin tələbələri ilə universitetdə müntəzəm görüşləri təşkil olunur və onlara sahə ilə bağlı ətraflı təcrübi məlumatlar verilir.

Discover Azerbaijan

Discover Azerbaijan

“Discover Azerbaijan” ATMU-nun təcrübə proqramını təşkil etdiyi müəssisələr araında yer alır. Tələblər 14 həftəlik istehsalat təcrübəsini burada müvəffəqiyyətlə keçirlər.

Fairmont Baku, Flame Towers Hotel

Fairmont Baku, Flame Towers Hotel

ATMU tələbələrinin nəzəri biliklərinin praktikada tətbiqi, bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi, əmək kollektivində iş təcrübəsi qazanmasını təmin etmək məqsədilə Fairmont Baku, Falme Towers Hoteldə təcrübə keçməsi sahəsində müəssisə ilə əməkdaşlıq edir. Otel nümayəndələrinin ATMU-ya “qonaq spiker” kimi dəvət olunması, tələblərə seminarlar keçməsi işinin təşkili də əməkdaşlıq sahələrinə daxildir.

“Flame Tours and DMC” MMC

“Flame Tours and DMC” MMC

ATMU və “Flame Tours and DMC” MMC arasında əməkdaşlıq tələbələrin müəssisədə istehsalat təcrübəsi keçməsi prosesinin təşkil olunması istiqamətində həyata keçirilir. Lakin, əməkdaşlıq bununla yekunlaşmır. Belə ki, şirkətin əməkdaşları universitetdə təşkil olunan müxtəlif tədbirlərdə iştirak edir, tələblərlə görüşləri təşkil olunur, onlar üçün ixtisas profilləri üzrə təlimlər təşkil olunur.

Four Seasons Hotel Baku

Four Seasons Hotel Baku

Hilton Baku Hotel

Hilton Baku Hotel

ATMU və Hilton Baku Hotel əməkdaşlığı ATMU-nun müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin edilməsinə xidmət edir. Sosial məsuliyyəti artıran layihələrin icrası, menecment və turizm tədbirləri, tələblərin istehsalat təcrübəsinə cəlb olunması və məzunların məşğulluğunun təmin edilməsi sahəsində iki qurum arasında əməkdaşlıq həyata keçirilir.

Holiday Inn Baku

Holiday Inn Baku

ATMU və Holiday INN Baku Hotel arasındakı əməkdaşlıq “Əməkdaşlıq haqqında Memorandum” və “Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin istehsalat təcrübəsinin keçirilməsi haqqında müqavilə” yə əsasən tənzimlənir. Əməkdaşlıq və partnyorluq münasibətlərini təmin etməklə ATMU müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin edilməsi, sosial məsuliyyəti artıran layihələrin icrası, menecment və turizm tədbirləri, restoran və turizm sahərində davamlı inkişafın təmin edilməsi sahəsində layihələrin birgə icrası əməkdaşlıq istiqamətləridir. Həmçinin, universitet tələbələrinin istehsalat təcrübəsini adıçəkilən müəssisədə keçməsi də əməkdaşlıq sahələrinə daxildir.

Xəyal Adası Qolf Klub (Dreamland Golf Club)

Xəyal Adası Qolf Klub (Dreamland Golf Club)

ATMU və Xəyal Adası Qolf Klub (Dreamland Golf Club) arasında imzalanmış “Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin istehsalat təcrübəsi keçirilməsi haqqında” müqaviləyə əsasən Universitetin tələbələrinin Müəssisədə istehsalat təcrübəsinin təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulmuşdur. Həmçinin, Dreamland Golf Clubdakı vakansiyalar vaxtaşırı məzunlarımıza təqdim olunur və onlarının məşğulluğunun təmin olunması istiqamətində birgə fəaliyyət göstərilir. ATMU tələbələri universitet tərəfindən təyin olunmuş məsul şəxslərin rəhbərliyi ilə müəssisəyə səfər edir və ixtisasları ilə bağlı təcrübi biliklər əldə edirlər.

 JW Marriott Absheron Baku Hotel

JW Marriott Absheron Baku Hotel

JW Marriott Absheron Baku Hotellə əməkdaşlıqda önəm verilən istiqamətlər birgə tədbirlərin keçirilməsi, ATMU-nun təşkil etdiyi “Karyera sərgiləri”ndə otelin təmsil olunaraq mövcud vakansiyaları tələbə və məzunlara təqdim etməsi və ATMU tələblərinin təcrübə prosesinə cəlb olunmasıdır. Bu əməkdaşlığın əsas məqsədi tələbələrin peşəkar kadrlar kimi yetişməsidir.

Millennium Tourism DMC” MMC

Millennium Tourism DMC” MMC

“Millennium Tourism DMC” MMC ATMU-nun əməkdaşlıq etdiyi müəssisələr arasında xüsusi əhəmiyyət kəsb edir. Əməkdaşlığın əsas istiqamətlərinə tələbə və məzunlar üçün təcrübə və iş imkanlarının təqdim olunması, birgə layihələrin həyata keçirilməsi, tələbələr üçün təlim və seminarların təşkil edilməsi daxildir. Həmçinin, ATMU-da təşkil olunan müxtəlif tədbirlərdə “Millennium Tourism DMC” MMC mütəmadi olaraq iştirak edir.

New Baku Hotel

New Baku Hotel

ATMU və New Baku Hotel ATMU-nun müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin edilməsi, menecment və turizm tədbirləri, restoran və turizm sahərində davamlı inkişafın təmin edilməsi sahəsində layihələrin birgə icrası istiqamətində əməkdaşlıq edir. ATMU tələbələri müntəzəm olaraq otelə səfər edib iş prosesi ilə yaxından tanış olurlar.

New Era Tours

New Era Tours

ATMU və“New Era Tours” turizm şirkəti arasında əməkdaşlıq təcrübə proqramı və eyni zamanda uyğun vakansiyalarda məzun və tələbələrin müvafiq işlərə yerləşdirilməsi istiqamətlərini əhatə edir. Həmçinin, şirkət nümayəndələrinin iştirakı ilə universitet tələbələrinə seminarların təşkil olunması, tələblərin buraya səfəri əməkdaşlıq sahələrindəndir.

Pasha Travel

Pasha Travel

“Pasha Travel” ATMU-nun təcrübə proqramını təşkil etdiyi müəssisələr araında önəmli yer alır. Tələblər 14 həftəlik istehsalat təcrübəsini burada müvəffəqiyyətlə keçirlər.

Park Inn By Radisson Baku Hotel

Park Inn By Radisson Baku Hotel

ATMU və Park Inn By Radisson Baku Hotel arasında əməkdaşlıq birgə layihələrin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsi prosesinin təşkili və universitet məzunları üçün iş imkanlarının təqdim edilməsi sahələrini əhatə edir. Həmçinin, otel ATMU-nun həyata keçirdiyi tədbirlərdə adıçəkilən oteldə baş tutur.

SAYAHAT Sağlamlıq və Turizm Şirkəti

SAYAHAT Sağlamlıq və Turizm Şirkəti

ATMU və “SAYAHAT” sağlamlıq və turizm şirkəti arasındakı əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Buraya tələbələrin istehsalat təcrübəsinin təşkil edilməsi, məzunların karyera imkanlarının dəstəklənməsi, tələbələr üçün təlim və seminarların təşkil edilməsi daxildir. Bundan əlavə, şirkət nümayəndələri müntəzəm olaraq “qonaq spiker” qismində universitetə dəvət olunaraq tədris prosesinə cəlb olunurlar.

Sapphire Hotels

Sapphire Hotels

Staybridge Suites Baku Hotel

Staybridge Suites Baku Hotel

Staybridge Suites Baku Otel və ATMU əməkdaşlığının əsas istiqamətləri tələbələrin təcrübə prosesinin təşkili və məzunlar üçün iş imkanlarının təklif edilməsidir. Turizm və menecment sahələrində birgə tədbirlərin keçirilməsi, tələblərin peşəkar kadrlar kimin yetişməsinə xidmət edən birgə layihələrin keçirilməsi planlaşdırılan əməkdaşlıq sahələridir.

“Şəms” Tərcümə Mərkəzi

“Şəms” Tərcümə Mərkəzi

“Şəms” Tərcümə Mərkəzi ATMU-nun “Tərcümə” ixtisasının tələbələrinin təcrübə keçdiyi müəssisələrdəndir.

"Turizm.az" MMC

"Turizm.az" MMC

ATMU tələblərinin istehsalat təcrübəsini keçdiyi əsas müəssisələrdən biri “Turizm.az” MMC-dir. Universitetin “Turizm işinin təşkili”, “ Marketinq”, “Menecment” və digər uyğun ixtisaslarının tələbələri şirkətdə 14 həftəlik istehsalat təcrübəsini keçirlər.

The Prime Group

The Prime Group

The Prime group və ATMU arasında əməkdaşlıq yeni qurulmasına baxmayaraq yetərincə geniş sahələri əhatə edir. Əməkdaşlıq istiqamətlərinə tələbələrin istehsalat təcrübəsinin təşkil olunması, şirkət tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyət göstərməsi, şirkətin əməkdaşlarının universitetdə təşkil olunan müxtəlif tədbirlərdə iştirakının təmin olunması və digər sahələri daxildir.

TWINS MMC Pullman Baku Hotel

TWINS MMC Pullman Baku Hotel

ATMU tələbələrinin nəzəriyyədə əldə etdiyi biliklərin praktikada tətbiqi, tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi məqsədilə onların TWINS MMC Pullman Baku Hoteldə təcrübə keçməsi sahəsində müəssisə ilə əməkdaşlıq edir. İkitərəfli əməkdaşlıq “Azərbaycan Turizm və Menecment Universiteti və “Pullman Baku” otel arasında tələbələrin istehsalat təcrübəsi keçməsi haqqında müqavilə”yə əsasən tənzimlənir.

YARAT Müasir İncəsənət Mərkəzi

YARAT Müasir İncəsənət Mərkəzi

ATMU və Yarat Müasir İncəsənət Mərkəzi arasında əməkdaşlıq əlaqələri yüksək templə inkişaf edir. Əməkdaşlıq şəraitində tələbələrin adıçəkilən məkana səfərləri, müxtəlif turlarda və təlimlərdə iştirakı nəzərdə tutulub. Həmçinin, ATMU tələbələrinin YARAT müasir incəsənət məkanında istehsalat təcrübəsi keçməsi də əməkdaşlıq edilən sahələrdəndir.