“Turizm Könüllüləri” Təşkilatı

“Turizm Könüllüləri” Təşkilatı

ATMU-nun sıx əməkdaşlıq etdiyi qurumlardan biri “Turizm könüllüləri” təşkilatıdır. Təşkilat ən çox ATMU tələbəsinin könüllülük fəaliyyəti ilə məşğul olduğu qurumdur. Təşkilat sıralarında yüzlərlə ATMU tələbəsini görmək mümkündür. Bundan əlavə, əməkdaşlıq çərçivəsində turizm sahəsinin inkişafına yönəlmiş, gənclərin maarifləndirilməsinə xidmət edən, turizm və gənclərlə iş sahəsində uzun illərdir çalışan mütəxəssislərlə gəncləri bir araya toplayaraq, müvafiq sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirən birgə layihələr reallaşdırılır.

Gənclər Turizmi İctimai Birliyi

Gənclər Turizmi İctimai Birliyi

"Gənclər Turizmi" İctimai Birliyi Azərbaycan Respublikasında turizm sahəsində təhsil alan və çalışan gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. ATMU ilə Gənclər Turizmi İctimai Birliyi arasında müxtəlif layihələrin həyata keçirilməsi və birgə tədbirlərin reallaşdırılması əməkdaşlıq edilən sahələrdir. ATMU tələbələrinin birlikdə təcrübə keçməsi əməkdaşlığın digər sahəsidir.

Regional İnkişaf İctimai Birliyi

Regional İnkişaf İctimai Birliyi

"Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Başlıca məqsədi ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək göstərməkdir. ATMU və RİİB arasındakı əməkdaşlıq birlik tərəfindən həyata keçirilən layihələrə ATMU tələbələrinin iştirakının təmin olunması, onların istehsalat təcrübəsinin təşkili sahələrini əhatə edir. Tələbələrimiz, həmçinin RİİB-də könüllülük fəaliyyəti ilə məğul olurlar.

Qızıl Aypara Cəmiyyəti

Qızıl Aypara Cəmiyyəti

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. ATMU tələbələrinin istehsalat təcrübəsi keçdiyi qurumlar arasında Qızıl Aypara Cəmiyyəti xüsusi önəm daşıyır. Xüsusilə “Sosial iş” ixtisasının tələbələri burada 14 həftəlik istehsalat təcrübəsi müddətində cəmiyyətin fəaliyyətinə yaxından cəlb edilərək ixisasları haqqında praktiki biliklər əldə edir.