Tələbənin məlumat kitabçası tələbələrin təhsil aldığı müddətdə tez-tez qarşılaşacaqları məsələlərlə bağlı sualları əhatə edir. Kitabçanın strukturu sual və cavab prinsipi əsasında qurulmuşdur. Tələbənin məlumat kitabçasında universitet haqqında məlumat və tələbənin bilməli olduğu əsas anlayışlar qeyd olunmaqla yanaşı, aşağıdakı suallara aydınlıq gətirilib:
- Tələbənin hansı hüquq və vəzifələri var?
- ATMU-da tədris prosesi necə təşkil olunur?
- Akademik borcları ləğv etmək üçün tələbə hansı qaydaları bilməlidir?
- Fənn üzrə gündəlik ballar necə hesablanır?
- ATMU-da yekun qiymətləndirmə hansı qaydalar əsasında aparılır?
- Kurs işinin (layihəsinin) yerinə yetiriliməsinə görə ballar necə hesablanır?
- Yekun dövlət attestasiyası hansı formada aparılır/qiymətləndirilir?
- Fərdi tədris planı nədir?
- ATMU-da yay semestri necə təşkil olunur?
- Akademik məsləhətçi (tyutor) kimdir?
- Tələbə bileti nə üçün lazımdır və onu necə əldə edə bilərəm?
- ATMU-da təhsil ödənişləri barəsində nəyi bilməliyəm?
- ATMU-da tələbə hansı hallarda universitetdən xaric olunur?
Azərbaycanca