Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatı
Ümumi müddəalar
- Ali və ya orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (bundan sonra “Təşkilat”) Tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.
- Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, “Azərbaycan Gəncliyi” Dövlət Proqramlarına, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər Fondunun tövsiyələrinə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), ali və ya orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
- Təşkilat təhsil və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün ali və ya orta ixtisas təhsili müəssisələri, dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
- Təşkilat ali və ya orta ixtisas təhsili müəssisəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində fəaliyyət göstərən müstəqil tələbə gənclər təşkilatıdır.
Təşkilatın əsas məqsəd və vəzifələri
2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək,Respublikanın ictimai-siyasi, mədəni, sosial,iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
2.2.1. tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;
2.2.2. tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
2.2.3. tələbələr arasında maarifləndirmə işinin aparılması;
2.2.4. ayrıca struktur olaraq digər QHT-lərlə müxtəlif mövzularda layihələrin keçirilməsi
2.2.5. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
2.2.6. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
2.2.7. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, erkən nikah və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
2.2.8. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının,diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
2.2.9. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
2.2.10. tələbələrin maraq və meyillərini,intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
2.2.11. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
2.2.12. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
2.2.13. qanunvericiliklə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
Qeyd
Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Turizm və Menecment Universitetinin daxilində fəaliyyət göstərir.
Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Samir Abdullayev Elmi Şurada Tələbə Gənclər Təşkilatının hesabatını təqdim edir və tələbələrin problemlərini səsləndirir , onların həlli yolunda işlər görür.
ATMU TGT-nin 1256 üzvü var . Buraya əyani, qiyabi ,yerli və xarici tələbələr daxildir.
Hal-hazırda ATMU TGT tərkibində “İdman klubu” , “Debat Klubu” , “Cre-Art klubu” , “İntellektual Oyunlar klubu” , “Şahmat klubu” , “Natiqlik klubu” “ATMU MUN club” ,, “Eco klub” fəaliyyət göstərir.
E-mail: students-union@atmu.edu.az
İsa Həşimov - MAR2201
Tələbə Gənclər Təşkilatının sədri
hashimov.isa.2201@atmu.edu.az
Leyla Qəribova - Sİ2202
Sədr müavini
qaribova.leyla.2201@atmu.edu.az
Kamallı Nəzrin - Sİ2101
Sədr köməkçisi
mamedova.nazrin.2101@atmu.edu.az
Pənahova Xanım - Sİ2301
Mətbuat katibi
penahovakhanm@gmail.com
Muradov Adəm - Sİ2302
İctimai Əlaqələr üzrə Menecer
muradov.adem.2302@atmu.edu.az
Quluzadə Emilya - MEN2101
Biznesin İdarəedilməsi Fakültəsi Sədri
guluzada.emilya.2101@atmu.edu.az
Abbasov Elşən - TİT2102
Turizm və Qonaqpərvərlik Fakültəsinin Sədri
abbasov.elshan.2102@atmu.edu.az
Azər Xudiyev - Sİ2301
Sosial Menecment fakültəsinin sədri
xudiyev.azer.2301@atmu.edu.az
Qaniyeva Hökumə - TBQ2301
Qiyabi tələbələrlə iş üzrə menecer
qaniyeva.hokuma.2023@atmu.edu.az
Rəhimova Aydan - Bİ2401
PR Menecer
rahimova.aydan.2401@atmu.edu.az
Maysuradze Luiza TİTR2101
Layihələr Departamentinin rəhbəri:
maysuradze.luiza.2101@atmu.edu.az
Atilla Nağıyev - Sİ2401
Klublarla iş üzrə menecer:
@atmu.edu.az
Salayeva Gülayə TİT2301
Koordinatorlarla iş üzrə menecer:
salayeva.gulaye.2301@atmu.edu.az
Əlizadə Elvin - BM2401
Sosial Menecment Fakültəsinin katibi
alizade.elvin.2401@atmu.edu.az
Bəndəliyev Sənan MD2202
ATMU Könüllüləri ilə iş üzrə menecer
bendeliyev.senan.2201@atmu.edu.az
Qəhrəmanzadə Ənnam - Sİ2402
Sosial Menecment Fakültəsinin meneceri
qahramanzade.annam.2402@atmu.edu.az
Quliyev Tahir TB2302
Turizm Qonaqpərvərlik Fakültəsinin Katibi
quliyev.tahir.2302@atmu.edu.az
Musayev Məhyəddin - Bİ2401
Biznesin İdarəsi Fakültəsinin katibi:
musayev.mahyaddin.2401@atmu.edu.az
Verdiyeva Zeynəb - TİT2403
Turizm və Qonaqpərvərlik Fakültesinin meneceri
verdiyeva.zeyneb.2403@atmu.edu.az
Azərbaycanca