Tələbə Gənclər Təşkilatının üzvləri olan tələbələr tərəfindən Azərbaycan Turizm və Menecment universitetinin daxilində intellektual yarışmalar,idman yarışları, debat çempionatları, sərgilər, musiqi festivalları və s. kimi tədbirlər keçirilir. TGT-nin tərkibində yaradılan klublar tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini, onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasını təmin edir.
TGT tərkibində aşağıdakı klublar fəaliyyət göstərir:
İdman Klubu 2021-ci ildə ATMU TGT sədrinin göstərişinə əsasən tələbə gənclərin vaxtlarını daha səmərəli, əyləncəli keçirməsi, sağlam həyat tərzinin və idman oyunlarının inkişafı məqsədilə Turizm və Qonaqpərvərlik fakültəsinin TİT2104 qrup tələbəsi Mirabbas Abbasov tərəfindən təsis edilmişdir. Hal hazırda klub fəaliyyətini daha da genişləndirərək: futbol , basketbol , voleybol da özündə birləşdirərək, Turizm və Qonaqpərvərlik fakültəsinin TB2302 qrup tələbəsi Tahir Quliyevin rəhbərliyi ilə fəaliyyəti göstərir.
Natiqlik Klubu 2024-cü ildə Turizm Bələdçiliyi ixtisasının tələbəsi Abas Yusifzadə tərəfindən yaradılmışdır. Klubun məqsədi:Tələbələrin diksiya, dialekt problemlərini aradan qaldırmaq üçün, səlist və axıcı nitqinin formalaşması üçün yaradılmışdır. Eyni zamanda da universitetimizin natiqlərini bir araya toplamaqdır.
ATMU Debat Klubu 2012-ci ilin dekabr ayında yaradılmışdır. Klubun əsas məqsəd və fəaliyyət istiqaməti tələbələrə debat və onun vəzifə və öhdəliklərini öyrətmək, onların natiqliq bacarıqlarını inkişaf etdirmək, gənclərin müxtəlif sahələr üzrə məlumatlılığı və dünyagörüşünün artırılmasına dəstək olaraq şəxsi inkişafa töhfə verməkdir. Hal-hazırda klub rəhbəri Beynəlxalq münasibətlər ixtisası 2301 qrup tələbəsi Emil Əlizadədir.
CreArt 2024 cü ildə TIT 2202 qrup tələbəsi Cəlal Əliyev tərəfindən yaradılmışdır. Klubun əsas məqsədi ölkəmizin mədəniyyətini tələblərə çatdırmaqdir. Bunu üçün xüsusi layihələr və tədbirlər keçirilir. Mədəniyyət sahəsi üzrə professionallıq adamlarla tələblərə arasında görüşler keçilir.
Klub 2011-ci ildə TGT sədrinin göstərişinə əsasən tələbə gənclərin dünya görüşlərini və intelektual biliklərini nümaiş etdirib, dahada zənginləşdirmələri məqsədi ilə təsis edilmişdir. Bundan əlavə klub 2014-cü ildə fəaliyyəti dayandırılıb və 2024-cü ildə yenidən fəaliyyətini dəvam etdirir. Klub rəhbəri Turizm İşinin Təşkili ixtisasının 2302 qrup tələbəsi Elnur Qədirlidir.
Şahmat klubu 2023 cü ildə Cənab prezident İlham Əliyevin fərmanı ilə “Heydər Əliyev” ili elan edilməsi münasibətilə ATMU TGT Sədrinin göstərişi ilə gənclərin stol üstü oyunlara olan maraqlarının artırılması və gənclərin vaxtlarının səmərəli və əyləncəli keçirilməsi məqsədilə yaradılıb. Hal-hazırda Şahmat klubunun sədri Turizm İşinin Təşkili 2203 qrup tələbəsi Pənah Hüseynovdur.
Azərbaycanca