Ümumi məlumat

ATMU-nun Tələbə Gənclər Təşkilatı tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilib.

Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və ya orta ixtisas tə müəssisəsinin nizamnaməsinə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının TGT-lər haqqında  Əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərir.

TGT təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əla göstərir.

TGT ATMU-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində fəaliyyət göstərən müstəqil tələbə gənclər təşkilatıdır. TGT-nin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

 TGT-nin  əsas vəzifələri aşağıdakılardır:

  • tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;
  • tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təşkil edilməsi;
  • tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
  • tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  • tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
  • tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rə qarşısında vəsatətin qaldırılması;
  • təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması.

ATMU-da təhsil alan tələbələr Təşkilatın fəaliyyətində iştirak etməkdə bərabərhüquqludurlar və təşkilat çərçivəsində müxtəlif fəaliyyətlə məşğul olmaq imkanına sahibdirlər.

TGT-yə rəhbərliyi həyata keçirən kollegial orqan İdarə Heyətidir. İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir:

  • Təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir;
  • Təşkilatın daxilində klubların yaradılmasına dair qərar qəbul edir;
  • Digər təşkilati məsələlər üzrə qərarlar qəbul edir.

Hal-hazırda TGT tərkibində "Debat Klub", "Teatr Klubu",  "Musiqi Klubu",  "Kitab Klubu"  və "Vətənpərvərlər Klubu" fəaliyyət göstərir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gündəlik və həftəlik hesabatlar, ziyarətlər vasitəsilə Təşkilatın fəaliyyətinə nəzarət edir.

Təşkilat fəaliyyətində nöqsanlara yol verdikdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Təşkilat sədrinə:

  • yazılı xəbərdarlıq;
  • töhmət;
  • şiddətli töhmət verə bilər.

Şiddətli töhmətdən sonra 1 ay sınaq müddəti müəyyən olunur.

Bu müddət ərzində nöqsanlar aradan qaldırılmadığı təqdirdə Təşkilatın sədri vəzifəsindən azad olunur.Təşkilat ATMU-dan kənar bütün fəaliyyətləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə razılaşdırmalıdır.

ƏLAQƏ

Ünvan: Cəfər Xəndan küç., 17, Bakı, Azərbaycan (II tədris binası)

E-mail: students-union@atmu.edu.az