Xülasə: Məqalədə turizm xidmətləri bazarının inkişafına əsas amillərin təsiri araşdırılır. Daxili və xarici amillər müəyyən edilir və təhlil edilir. Daha sonra təbii, mədəni, tarixi-coğrafi amillər nəzərə alınır, beynəlxalq turizmin inkişafını qabaqcadan müəyyən edən amillər önə çəkilir.
Açar sözlər: Azərbaycan, turizm, problemlər, inkişaf
Xülasə: Bu məqalədə Azərbaycanda təhsil sektorunun maliyyələşdirilməsində dövlət borcunun rolundan bəhs edilir, ölkənin təhsil infrastrukturunun gücləndirilməsində onun strateji tətbiqi vurğulanır. Dövlət borclanması, xüsusilə də iqtisadiyyatın daha çoxşaxəli sektorlara çevrilməsi kontekstində ani gəlir məhdudiyyətlərindən kənara çıxan uzunmüddətli təşəbbüslərin maliyyələşdirilməsində mühüm rol oynayır. Azərbaycanda məktəb infrastrukturunun modernləşdirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, tədqiqat və inkişafı təşviq etmək üçün dövlət borcları hesabına təhsilə dövlət investisiyaları mühüm əhəmiyyət kəsb edir. Bu investisiyalar rəqabətqabiliyyətli və bacarıqlı işçi qüvvəsi yaratmaq məqsədi daşıyır, beləliklə, uzunmüddətli iqtisadi artımı və sosial bərabərliyi gücləndirir.
Açar sözlər: Dövlət borcu, təhsil, iqtisadi inkişaf
Xülasə: Məqalədə müasir ekosistemlərin mahiyyəti və struktur komponentləri araşdırılır. Təhlil zamanı sənaye 4.0 texnologiyalarının inkişafı da daxil olmaqla müasir rəqəmsal ekosistemlərə keçid üçün əsas ilkin şərtləri müəyyən edib. Biznes ekosistemi anlayışının yaranması və təkamül prosesinin tədqiqi əsasında müasir iqtisadi mühitdə “ekosistem” və “rəqəmsal ekosistem” anlayışlarının tərifləri dəqiqləşdirilib. Müasir rəqəmsal iqtisadiyyatda ekosistemlərin əsas xüsusiyyətləri və funksiyaları vurğulanır. Müəyyən edilmişdir ki, müasir ekosistem daimi qarşılıqlı əlaqədə olan və bir-birinin rəqabət üstünlüklərini qarşılıqlı şəkildə gücləndirən bir-biri ilə əlaqəli komponentlərdən ibarətdir. Müasir ekosistemlərin komponentləri arasında əlaqələrin inkişafının müsbət rolu makroiqtisadi dinamika prizmasından nəzərdən keçirilir. Mezo səviyyədə ekosistemlərdəki komponentlərarası əlaqələrin regionların iqtisadi inkişafına təsiri təhlil edilir. Təsərrüfat subyektləri səviyyəsində müasir ekosistemin komponentləri arasında əlaqələrin rolu da nəzərdən keçirilir və dörd növ əlaqə müəyyən edilir: texnoloji, əməliyyat, marketinq və kadr. Ekosistem üçün müəyyən edilmiş əlaqə növlərinin inkişafının üstünlükləri nəzərdən keçirilir.
Açar sözlər: biznes ekosistemləri, rəqəmsal ekosistemlər, iqtisadiyyatın rəqəmsal transformasiyası. ekosistemlərin funksiyaları. ekosistemlərin xüsusiyyətləri, ekosistemlərin komponentləri.
Xülasə: Tədqiqat hökumətin təşəbbüslərini, o cümlədən rəqəmsal bacarıqlar üzrə boşluqların aradan qaldırılmasına və inklüziv təhsilin təşviqinə yönəlmiş “4IR Akademiyası”nın yaradılmasını araşdırır. Dövlət-özəl tərəfdaşlıq (PPP) sənayeyə uyğun kurikulumların yaradılması və tədqiqat və inkişaf (R&D) fəaliyyətlərinin artırılması üçün əsas strategiya kimi vurğulanır. Tədqiqat həmçinin Azərbaycanın üzləşdiyi problemlərə, məsələn, elmi-tədqiqat və təkmilləşdirməyə məhdud sərmayə, qeyri-kafi akademik-sənaye əməkdaşlığı və ali təhsildə keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac kimi problemləri həll edir. Tədqiqat Azərbaycanın təhsil müəssisələrinin innovasiyaların, rəqəmsallaşmanın və iqtisadi rəqabətədavamlılığın hərəkətverici qüvvəsi kimi yerləşdirilməsində təhsil marketinqinin vacibliyini vurğulayır. O, daha sonra iddia edir ki, ölkə əhəmiyyətli nailiyyətlər əldə etsə də, təhsil islahatlarının həyata keçirilməsi və təhsilin nəticələrinin əmək bazarının tələblərinə uyğunlaşdırılması ilə bağlı davamlı problemlər mövcuddur.
Açar sözlər: Təhsil marketinqi, bilik iqtisadiyyatı, rəqəmsal transformasiya, əmək bazarının uyğunlaşdırılması
Xülasə: Müasir iqtisadiyyatda nəqliyyat sektoru qlobal ticarət və sosial-iqtisadi inkişaf üçün əsas həlqələrdən biridir. Nəqliyyat şirkətlərində rəqəmsal texnologiyaların tətbiqi, xüsusilə ERP (Enterprise Resource Planning) sistemlərinin inteqrasiyası, insan resurslarının idarə edilməsində strateji dönüş yaradır. Bu məqalədə ERP sistemlərinin nəqliyyat sektorundakı insan resursları idarəçiliyinə təsiri və onun iqtisadi nəticələri təhlil edilmişdir. Tədqiqat zamanı ERP sistemlərinin əməkdaşların performansını izləmə, resursların optimallaşdırılması və idarəetmə proseslərinin avtomatlaşdırılması vasitəsilə əməliyyat effektivliyini artırdığı müşahidə edilmişdir. ERP sistemlərinin tətbiqi nəticəsində işçi qüvvəsinin məhsuldarlığı artır, əməliyyat xərcləri azalır və qərar qəbuletmə prosesi sürətlənir. Məqalədə həmçinin ERP sistemlərinin insan resursları funksiyalarında, məsələn, işçi seçimi, təlim və inkişaf, əmək haqqı idarəçiliyi və fəaliyyət qiymətləndirilməsi sahələrindəki təsirləri araşdırılmışdır. Nəticələr göstərir ki, ERP sistemləri nəqliyyat şirkətlərində daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelin qurulmasında mühüm rol oynayır.
Açar sözlər: ERP sistemləri, Nəqliyyat sektoru, İnsan resursları idarəçiliyi, İqtisadi effektivlik.
Xülasə: Maliyyə sağlamlığı bankların uzun müddət və stabil şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan maliyyə gücü və imkanlarını ifadə edir. Bu sağlamlıq bankların borclarını ödəmə, kredit vermə və digər maliyyə əməliyyatlarını həyata keçirmək qabiliyyətinə birbaşa təsir göstərir. Bankların fəaliyyətinin qiymətləndirilməsi və izlənilməsi üzrə tədqiqatlar milli iqtisadiyyatların əsas diqqət mərkəzində olan sahələrdən birini təşkil edir. Bu kontekstdə həll olunan mühüm məsələlərdən biri də maliyyə dayanıqlığıdır. Bank sektorunda maliyyə dayanıqlığı bankların iqtisadi dalğalanmalara və maliyyə zəifliklərinə qarşıdurma qabiliyyəti kimi müəyyən edilir. Bankların kapitalının qeyri-adekvatlığı, aktivlərin keyfiyyətinin aşağı düşməsi, likvidlik riskləri və inflyasiya dərəcələrinin dəyişməsi kimi amillər maliyyə kövrəkliyi amillərindəndir və bankların davamlılığına birbaşa təsir göstərə bilər. Araşdırmada bankların maliyyə sistemindəki yeri və əhəmiyyətinə diqqət yetirilmişdir. Xüsusilə, “Kapital Bank” bankı üzərindən aparılan bu araşdırmada 2023-2024-cü illərin eyni dövrünə aid məlumatlar əsasında bankın maliyyə dayanıqlığı araşdırılmışdır. Tədqiqatın məqsədi “Kapital Bank”ın maliyyə konsepsiyasını maliyyə əmsalları vasitəsilə araşdırmaq və onun 2024-cü il üçün maliyyə vəziyyətini qiymətləndirməkdir. Tədqiqatda bankın fəaliyyəti gəlirlilik, likvidlik və kapital adekvatlığı əmsalları vasitəsilə ölçülmüşdür.
Açar sözlər: Maliyyə sağlamlığı, Bank sistemi, Maliyyə əmsalları, “Kapital Bank”.
Xülasə: Məqalədə Dağlıq Qarabağ probleminin həllində Rusiyanın Azərbaycana qarşı riyakar fəaliyyəti, bu riyakarlığın bir mərhələsi olaraq “Bişkek protokolu”nun obyektiv təhlilinə həsr olunub. Faktlar sübut edir ki, bu sənəd Azərbaycana qarşı qurulmuş diplomatik tələ idi. O dövrdə erməni ordusu Rusiyanın dəstəyi ilə Tərtər və Bərdə istiqamətində əməliyyatlar keçirirərək iki şərt qoymuşdu. Birincisi, rus qoşunlarının Azərbaycanda sülhməramlı qüvvələr kimi yerləşdirilməsi. İkincisi isə “Bişkek protokolu”nu üç bərabərhüquqlu tərəfin imzalaması. Dağlıq Qarabağın erməni icmasının bu sənədə imza atması həmin qurumun tərəf kimi tanınması kimi qəbul oluna bilərdi. Bu da Azərbaycanın mənafeyinə tamamilə zidd idi.
Açar sözlər: Azərbaycan, Rusya, Ermənistan, Dağlıq Qarabağ , “Bişkek protokolu”
Xülasə: Dövlətlərin daxili və xarici siyasətində, milli təhlükəsizliyinin qorunmasında miqrasiya kimi həssas və qlobal proseslər mühüm rol oynayır. Bu səbəbdən, məqalə müasir beynəlxalq münasibətlər tarixində zəif öyrənilən, əhalinin “mütərəddid”, yaxud “rəqqas” formalı miqrasiyasının nəzəri aspektlərinə və praktik əhəmiyyətinə həsr olunmuşdur. Bu məqsədlə yerli və xarici mütəxəssislərin əsərlərinə müraciət olunaraq, faktoloji materiallar əsasında qeyd olunan miqrasiya növünün ümumi mənzərəsi təhlil edilmişdir. Elmi-tədqiqat işində miqrantların yaxın məntəqələr arasında müntəzəm hərəkətliliyi və şəhər aqlomerasiyasında, eləcə də qəsəbə və kəndlərdə proseslərin davam etdiyi göstərilmişdir. Mövcud sahədə regional və beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq olunmasının əhəmiyyəti, sosial-iqtisadi faydaları geniş şərh olunmuşdur. Xüsusilə inkişaf etmiş bəzi Qərbi Avropa dövlətlərinin adları çəkilərək, onların “rəqqas” miqrasiya sahəsində əldə etdikləri uğurlara diqqət yetirilmişdir. Tədqiq olunan miqrasiya forması ilə yanaşı, digər 12 miqrasiya növünün adları qeyd olunaraq araşdırmada elmi-nəzəri əhəmiyyəti əsaslandırılmışdır. Həmçinin qısada olsa, Azərbaycan Respublikasının miqrasiya siyasəti sahəsində qazandığı mütərəqqi təcrübəyə toxunulmuşdur.
Açar sözlər: miqrasiya, tarix, regional, beynəlxalq, miqrant, dövlətlər, sosial, siyasət
Xülasə: Məqalədə Qəbələnin XI-XIII əsrlərə aid şirsiz keramikası içərisində ayrıca qrup kimi fərqləndirilən mehtərə tipli qablardan bəhs edilir. Giriş hissədə Azərbaycanda saxsı qabların meydana gəlməsi, əhalinin tələbatı və istehsalın daha rahat başa gəlməsinə əsasən keramika istehsalının tədricən inkişaf etməsi, saxsı məmulatının şirsiz və şirli qablar olmaqla iki qrupa ayrılması göstərilmişdir. Əsas hissədə Qədim Qəbələ şəhər yerinin Qala ərazisindən aşkar edilmiş mehtərə tipli qab nümunələri ətraflı təhlil edilmiş, eyni zamanda bu tip qabların forma və təyinatı barədə mütəxəssislərin fikirlərinə də istinad edilmişdir. Nümunələr təqdim edilərkən onların forması, naxışlanması və qabların ölçülərinin verilməsi diqqət mərkəzində saxlanılmışdır. Nəticə hissədə isə nümunələrin təhlili və öyrənilməsinə əsasən XI-XIII əsrlərdə Qəbələdə mehtərə tipli qabların hazırlanma texnologiyasının, xüsusilə qabların üzərinin naxışlanmasının daha da təkmilləşməsi qənaətinə gəlinmişdir.
Açar sözlər: Azərbaycan, Qəbələ, Qala ərazisi, saxsı qablar, mehtərə tipli qablar, istehsal texnologiyası.
Xülasə: Məqalədə 1920-ci ilin aprel ayında Sovet Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı həyata keçirdiyi kobud hərbi müdaxilənin səbəb və nəticələri, həmçinin bu işğal aktına qonşu dövlətlərin münasibəti, habelə bolşeviklərin Azərbaycan xalqına qarşı apardıqları terror siyasəti dövrün Osmanlı mətbuatı materialları əsasında tədqiq edilmişdir. Osmanlı mətbu orqanlarında aprel işğalının müxtəlif aspektlərini əks etdirən məlumatlar dövrün müxtəlif mənbələri, habelə tarixşünaslıq materialları və memuar ədəbiyyatı ilə paralel şəkildə araşdırılmış, mətbuat materiallarının tarixi həqiqətə uyğunluğu məsələsi xüsusi olaraq diqqət mərkəzində saxlanılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Osmanlı mətbuatında aprel işğalı ilə bağlı verilmiş məlumatlar bu təcavüz aktının xarakterini, səbəblərini və Azərbaycan milli dövlətçiliyi üçün doğurduğu nəticələri obyektiv şəkildə əks etdirir. Məqalədə həmçinin, Osmanlı mətbuatında verilmiş məlumatların tarixşünaslıq və mənbəşünaslıq baxımından daşıdığı elmi əhəmiyyət də vurğulanmışdır.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, aprel işğalı, bolşeviklər, Osmanlı mətbuatı.
Xülasə: Məqalə II Rusiya-Qacar müharibəsi çərçivəsində Azərbaycan ərazisinin işğalına həsr olunub. Arxiv materilalları əsasında yazılan məqalə bu dövrün tarixşünaslığını əhatə edir. XVIII və XIX əsr Azərbaycan tarixinin öyrənilməsində arxiv materiallarının böyük əhəmiyyəti vardır. Xüsusilə Rusiya imperiyasının arxivləri dövr haqda zəngin məlumatlara malikdir. Belə arxivlərdən biri də Rusiya dövlət hərbi tarix arxividir. Arxivin sənədləri XVIII-XIX əsrlər Azərbaycan tarixinin öyrənilməsində mühüm tarixi mənbələrdir. Arxivdə Rusiya imperiyasının Azərbaycan siyasəti və o cümlədən XIX əsrin əvvəllərindən başlayan hərbi ekspansiyasını əks etdirən sənədlər saxlanılır. Arxivin fondlarına rəsmi məktublaşma, imperatora məruzə və raportlar, komandanların döyüş gündəlikləri o, cümlədən Azərbaycan ərazisində hərbi əməliyyatların gedişini əks etdirən sənədlər daxildir. RDHTA-nin fondlarında olan sənədlərdən İkinci Rusiya-Qacarlar müharibəsinin sona çatması və Azərbaycan ərazisinin bütünlüklə istila edilməsi barədə geniş məlumat almaq mümkündür. Məqalədə Azərbaycan tarixşünaslığı üçün vacib olan sənədlər barədə tədqiqat aparılıb və elmi nəticələrə gəlinib.
Açar sözlər: işğal, xanlıq, qala, ordu, artileriya, fond, arxiv, sənəd.
Xülasə: Müasir dünyada beynəlxalq turizmin inkişaf perspektivləri məsələsi hökumətlərarası təşkilatlar və beynəlxalq qeyri-hökumət təşkilatları arasında qarşılıqlı fəaliyyət sistemi çərçivəsində həll olunur. Turizm sahəsində əsas beynəlxalq təşkilatlardan biri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatıdır (UNWTO). Təşkilatın Nizamnaməsinə əsasən onun başlıca məqsədi turizm sektorunu stimullaşdırmaq, inkişaf etdirmək, iqtisadi rifaha, beynəlxalq əməkdaşlığa, sülhə, firavanlığa, hər kəsə hörmətlə yanaşılmasını, həmçinin əsas insan hüquq və azadlıqlarını təmin etməkdir. Azərbaycan 2001-ci ildən bu təşkilatın tamhüquqlu üzvüdür. Məqalədə Azərbaycan ilə BMT-nin Ümumdünya Turizm Təşkilatı arasında qarşılıqlı əlaqələr təhlil edilir və Azərbaycanın UNWTO çərçivəsində turizm sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verilir.
Açar sözlər: Azərbaycan, BMT-nin Ümumdünya Turizm Təşkilatı, turizm, inkişaf, beynəlxalq turizm, iqtisadiyyat, inteqrasiya.
Xülasə: Məqalədə Azərbaycanın müasir mədəniyyət siyasətində, milli irsə, ənənələrə və intellektual inkişafına olan yüksək diqqət olması qeyd edilir. Belə münasibətin Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və uğurlu mədəniyyət diplomatiyasının aparılması istiqamətində də faydalı olmasına diqqət çəkilir. XX əsrin əvvəlində qadınların maariflənməsi məsləsi ilə əlaqədar tədqiqatlar araşdırılır. "İrşad", "Füyuzat", "Tərəqqi" “Yeni Füyuzat” kimi dövri mətbu orqanlarda qadınların hüquqları və cəmiyyətdəki yeri ilə bağlı məqalələr tədqiq olunur. Əhməd Ağaoğlunun "İslama görə və islamiyyətdə qadın" adlı əsəri, Yusif Ziya Talıbzadənin “Qadınlara hədiyyə”, “Qadınların tərbiyəsi”, “Erkəklər və qadınlar” əsərləri təhlil edilir. Belə bir mənəvi irsin, milli-əxlaqi dəyərlərin qorunması və gənc nəslə aşılanmasının vacib olduğu qeyd edilir.
Açar sözlər: Qadınlara hədiyyə, islami dəyərlər, erkəklər, Əhməd Ağaoğlu, Yusif Ziya.
Xülasə: Curci Zeydan islam mədəniyyəti tarixinə dair mühüm əsərlər yazan ərəb yazıçısı və tarixçisidir. C.Zeydanın (1861-1914) islam mədəniyyəti ilə sıx bağlı olan bir sıra əsərləri türkcəyə, Azərbaycan dilinə tərcümə olunmuşdur. Məqalədə bu əsərlər, tərcümələri və müəllifləri haqqında məlumat verilir. Bu əsərlərin XX əsrin əvvəlində türk dillərinə tərcüməsi Osmanlı ziyalısı Zeki Mugamizə, Azərbaycan mütəfəkkirləri - Mirabbas Mirbağırova, Əliabbas Müznibə və Mirməhəmmədkərim əl-Bakuviyə məxsus olub islam tarixi və mədəniyyətinin tədqiqi, dini maarifçilik baxımından böyük əhəmiyyətə malikdir. C.Zeydanın digər əsərləri içində “İslam mədəniyyəti tarixi” əsəri mühüm yer tutur. Bu əsər islam tarixi və mədəniyyəti baxımından böyük əhəmiyyət daşıyır. Bu əsər İslam tarixində müxtəlif dövrlərdən, mədəni və ictimai inkişaflardan bəhs edir. C.Zeydan tarixi hadisələri və şəxsiyyətləri ətraflı şəkildə araşdıraraq islam mədəniyyətinin zənginliyini və dərinliyini oxuculara təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Əsər həm elmi dairələrdə, həm də geniş oxucu kütləsinin diqqətini cəlb etmişdir. C.Zeydan əsərlərində türklərə və türk tarixinə də yer verib. Xüsusilə “İslam mədəniyyəti tarixi” əsərində ərəb xilafəti dövründə türklər, türklərin islam dünyasındakı rolu, Səlcuqlu və Osmanlı İmperatorluğu kimi mühüm türk dövlətlərinin tarixinə müəyyən qədər diqqət yetirmişdir. C.Zeydan türklərin islam mədəniyyətinə verdiyi töhfələri, mədəni əlaqələri və tarixi hadisələrdəki yerini araşdıraraq türklərin islam tarixindəki əhəmiyyətini vurğulamışdır. O, əsərlərində türklərin hərbi, siyasi və mədəni təsirlərindən bəhs etməklə onların islam tarixindəki yerini daha yaxşı anlamağa kömək etmişdir. Əsərdə azərbaycanlıların islam tarixində və mədəniyyətində oynadığı rollar haqqında müəyyən məlumatlar var. Bu əsərin türk dillərinə ilk tərcüməsi Z.Mugamizə və M.Mirbağırova məxsusdur. Məqalədə C.Zeydanın həyat və yaradıcılığından bəhs edilmiş, “İslam mədəniyyəti tarixi” əsəri əsasında türklərin, o cümlədən azərbaycanlıların türk-islam tarixində və mədəniyyətində oynadıqları rol haqqında məlumat verilmişdir.
Açar sözlər: Curci Zeydan, Azərbaycan, islam mədəniyyəti, tərcümə
Xülasə: Muzeylərin təhsil funksiyalarının yerinə yetirilməsində rolu və əhəmiyyəti mövzusunda aparılan tədqiqat muzeylərin yalnız mədəni irsin qorunması və nümayiş etdirilməsi funksiyasını deyil, eyni zamanda onların maarifləndirici və pedaqoji rolunu da əhatə etdiyini göstərmişdir. Muzeylər biliklərin ötürülməsi, tarixi şüurun formalaşdırılması və ictimai təfəkkürün inkişaf etdirilməsi baxımından mühüm təhsil mərkəzləri kimi çıxış edir. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, muzeylər interaktiv təlim metodlarının tətbiqi, təhsil proqramları və eksponatların tədris materialı kimi istifadə olunması vasitəsilə müxtəlif yaş qruplarına uyğun maarifləndirmə funksiyasını həyata keçirir. Muzey pedaqogikası yanaşması çərçivəsində aparılan araşdırmalar göstərir ki, muzey mühiti ziyarətçilərin təcrübə əsaslı öyrənməsini dəstəkləyir, vizual və praktiki materiallar vasitəsilə informasiyanın daha effektiv mənimsənilməsinə şərait yaradır. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, muzeylərin təhsil sahəsindəki rolu təkcə tarixi və bədii eksponatların təqdimatı ilə məhdudlaşmır, həm də onların müasir texnologiyaların tətbiqi ilə daha dinamik və interaktiv tədris məkanlarına çevrilməsi məsələsi tədqiq olunmuşdur. Bu kontekstdə muzeylərin tədris prosesinə inteqrasiyası, xüsusi kurikulumların hazırlanması və məktəb-muzey əməkdaşlığının inkişaf etdirilməsi kimi məsələlər araşdırılmışdır. Tədqiqat həmçinin muzeylərin qeyri-formal təhsil məkanı kimi əhəmiyyətini vurğulayaraq, onların innovativ təhsil modelləri ilə sintez edilməsi istiqamətində yeni yanaşmalar təklif etmişdir. İşin tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, muzeylərin təhsil funksiyalarının təkmilləşdirilməsi və tədris prosesində onların fəal istifadəsi, məktəblərdə və universitetlərdə tədris keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər. Bu araşdırma muzeylərin sosial və mədəni inkişafdakı rolunu daha geniş miqyasda dəyərləndirməyə imkan yaradır, eyni zamanda muzeylərdə təhsil proqramlarının effektivliyinin artırılması üçün tövsiyələr təqdim edir. Nəticə etibarilə, muzeylərin maarifləndirmə funksiyasının gücləndirilməsi təhsilin keyfiyyətinin artırılmasına xidmət edir və cəmiyyətin intellektual inkişafına mühüm təsir göstərir.
Açar sözlər: Muzey, təhsil, maarifləndirmə, muzey pedaqogikası, interaktiv öyrənmə, eksponat.
Xülasə: Konqres turizmi, ümumiyyətlə turizm mövsümü xaricində həyata keçirilən yüksək gəlirli bir turizm təklifi seqmentidir. Konqres turizminin inkişafı konfrans iştirakçılarının və təşkilatçılarının ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli konqres turizmi təklifini tələb edir. Konqres iştirakçıları yalnız tələbkar qonaqlar deyil, həm də ödəmə qabiliyyətlidirlər, lakin keyfiyyətli iş üçün bütün lazımi şərtləri təmin etməli və kifayət qədər boş vaxta sahib olmalıdırlar. Bu baxımdan, konqres turizminin əsas rolu yaxşı təşkil olunmuş reklam tədbirləri sistemi, davamlı təhsil, kadr seçimi, marketinq tədqiqatları, keyfiyyət standartlarının tətbiqi və s. vasitəsilə turizmin təbliğidir. İşgüzar turizm bazarında artan rəqabət şəhər rəhbərliyini görüşlər keçirmək üçün müasir ümumi infrastrukturun (nəqliyyat əlçatanlığının, konfrans otaqlarının, yerləşdirmə vasitələrinin, ictimai iaşə obyektlərinin kifayət qədər olması və s.) qurulmasına və ya işlək vəziyyətdə saxlanmasına, habelə bu bazarda fəaliyyət göstərən şirkətlər üçün təşkilati və reklam dəstəyinə cəlb etməyi zəruri edir. Konqres turizmi və bütün əlaqədar obyektlər Azərbaycan Respublikasında turizmin gələcək inkişafı üçün, xüsusən də əhəmiyyətli gəlir gətirən böyük tədbirlərə gəldikdə çox vacibdir. Qeyd etmək lazımdır ki, dünyada, o cümlədən Azərbaycan Respublikasında konqres turizminin inkişafı müəyyən problemlərlə bağlıdır. Bu, xüsusilə konqres turizm infrastrukturu məsələlərinə aiddir. "Dünyada və Azərbaycan Respublikasında konqres turizminin problemləri və inkişaf perspektivləri" məqaləsi işgüzar turizmin bu növünün qarşısında duran problemlərə, eləcə də onun inkişaf perspektivlərinə həsr olunub.
Açar sözlər: turizm, konfrans, işgüzar turizm, konqres turizmi, Beynəlxalq Konqreslər və Konvensiyalar Assosiasiyası, konqres turizmin infrastrukturu.